Sumqayıtda restoran sahibi barəsində cinayət işi başlanıldı
22-07-2021, 13:55
240

Sumqayıtda restoran sahibi barəsində cinayət işi başlanıldı

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən şadlıq saraylarında  aparılan profilaktik tədbirlər davam etdirilir.  
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı “Mübariz” və “Bakı” şadlıq saraylarında qanunvericiliyinin tələblərinin pozulduğu məlum olub. 
Belə ki, şənlik məclislərində obyekt sahibləri tərəfindən "icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.Aşkarlanan pozuntularla bağlı  restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.
"Xanədan” şadlıq sarayının sahibi, Sumqayıt şəhər 12-ci mikrorayon sakini Əfqan Xasıyev isə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. O. polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Oxşar xəbərlər

Bu şadlıq saraylarında karantin qaydaları POZULDU - FOTO
Sumqayıtda şadlıq evinin sahibinə cinayət işi açıldı
“Ay ulduz”, “Kral” və "Nəqşicahan" şadlıq saraylarında QANUNSUZLUQ
Gəncədə şadlıq evinin rəhbəri HƏBS EDİLDİ
"Qızılağac", "Yeni Dünya" və "Lanur" şadlıq saraylarında QANUNSUZLUQ
Məclisə 190 nəfər çağıran toy sahibi cərimələndi
Şamaxıda restoran sahibləri cərimələndi
Salyanda pandemiya qaydalarını pozan beş şadlıq sarayı aşkarlandı
Daha bir restoran sahibi CƏRİMƏLƏNDİ
"Army" marketin sahibinə protokol tərtib olundu - VİDEO
"Qafqaz" şadlıq sarayında karantin qaydaları pozuldu
Mingəçevirdə şadlıq sarayının sahibinə cinayət işi açıldı - VİDEO
“Soyuq Bulaq” və "Sultan" şadlıq evlərində qanunsuz toy keçirildi
Bakıda 12 şadlıq sarayı barəsində cinayət işi başlanıldı (VİDEO)
Gecə saatlarında işləyən restoranın sahibi həbs edildi
Koronavirusdan ölən ərinə ehsan verən qadın cərimə olundu
Qonşusunun evində oğluna toy etdi, polis gəldi
Xətaidə gizli toy: 63 nəfər saxlanıldı
"Balakən" restoranının sahibi 4 min manat CƏRİMƏLƏNDİ - VİDEO
Şabranda 190 nəfərlik toy oldu - Restoran sahibi cərimələndi
“Samirə”, “Ağ saray” və “Ay işığı” restoranları CƏRİMƏLƏNDİ - FOTO
Sumqayıtda idman zalında məşq edənlər cərimələndi
Karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı
Polis toya gələnlərin hərəsini 200 manat cərimələdi
Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildi
Evində toy təşkil etdi: Qonaqlardan əvvəl polis gəldi
Masallıda toy edənlər cərimələndi
"Sparta" idman zalı qanunsuz işləyirmiş - FOTO