Azərbaycanda iki qurum BİRLƏŞDİRİLİR
23-07-2021, 16:59
75

Azərbaycanda iki qurum BİRLƏŞDİRİLİR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum "Azərmarka” MMC "Azərpoçt” MMC-yə birləşdirilir.

 Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq "Azərpoçt” MMC yenidən təşkil ediləcək.

Bundan sonra "Azərmarka” "Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi olan "Azərpoçt” MMC yerinə yetirəcək.

Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.

Qeyd edək ki, "Azərmarka”nın əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlanıb.

Qeyd edilən işlər bundan sonra "Azərpoçt” MMC-nin tərkibində yaradılacaq müvafiq struktur bölmə tərəfindən həyata keçiriləcək.

Oxşar xəbərlər

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı
“Azərpoçt” yeni rəhbər GƏTİRİLDİ
"Два manat 34 qəpik" qəbzi ilə bağlı rəsmi açıqlama
Emin Kərimli “Azərpoçt”da “at oynadır” - “Heç kimdən qorxmuram, arxamda dayanan oğlanlar var”
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
“Azərpoçt”dan 55 min manat yoxa çıxdı - TƏFTİŞ
“YAŞAT” Fonduna ianə belə ediləcək
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Niderlandda Heydər Əliyevin doğum günü münasibətilə poçt markaları çap edildi - FOTO
Nazir Baş direktoru işdən çıxardı
Azərbaycanda yeni dövlət şirkəti yaradıldı
Nazirlik adından vətəndaşlara saxta məktublar göndərilir
Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir - Xəbərdarlıq
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
Düşmən əks-təbliğat üçün məlumat əldə eləməyə çalışır - XƏBƏRDARLIQ
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
Nazirlikdən düşmənin daha bir təxribatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"Azərpoçt"da yeni təyinat - FOTO
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
Vergi borcu olan şirkətlə 5 milyonluq müqavilə imzalandı - “Azərsu”dan qanundankənar əməliyyat
“WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir - NRYTN
Ombudsmandan 82 minlik avtomobillə bağlı – Rəsmi açıqlama
Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Prezidentdən fərman: yeni qurum yaradıldı
Prezident yeni dövlət qurumu yaratdı
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən REAKSİYA