"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY
23-07-2021, 17:17
92

"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY

Göygöl rayonu ərazisində fəaliyyət göstərən "Göygöl Beton" MMC işlətdiyi traktorçunun pulunu vermir. Gəncənin sabiq polis rəisi Qərib Həsənovun məmur oğluna məxsus şirkət heç bir qanunu saymır.
Qarşılaşdığı problem barədə "Demokratik.Az"-a danışan traktorçu Budaq Əmirxanovun sözlərinə görə, ötən ilin dekabrında adıkeçən şirkətin idarəçiləri onu aldadıblar. Belə ki, o özünün idarə etdiyi "AZ16-T-277" nömrəli traktorla birgə "Göygöl Beton" MMC-də 4 gün işlədikdən sonra ona razılaşdıqları əməkhaqqı verilməyib. Traktor sürücüsüsünün əməyi istismar edilərək ümumilikdə 425 manat pulu MMC- tərəfindən mənimsənilib.

Budaq Əmirxanov deyir ki, onu Gəncə şəhəri Nizami rayonunun Polis şöbəsində serjant işləyən Əli Süleymanov aldadıb. Onu bu işə mərhum polis rəisinin nəvəsi olan Əli cəlb edib. Sonda da pulunu verməkdən müxtəlif bəhanələrlə imtina ediblər.

Traktorçu deyir ki, MMC-də işlədiyi günlərdə onunla günəmuzd əmək müqaviləsi də bağlanmayıb. Rəsmiyyət tələb etdikdə isə, ona gülüblər və onların işlətdikləri işçilərdən əksəriyyətinin də "əmək müqaviləsi"nin olmamasını bildiriblər.

Şikayətçinin sözlərinə görə, "Göygöl Beton" MMC-nin rəhbəri Nuşirəvan Həsənova da dərdini danışıb. Həsənov isə pul verməyəcəyini deyərək sürücünü polislə təhdid edib.

Baş verənlərdə maddi zərər çəkmiş Səfər Məmmədov (traktorun sahibi) da "Göygöl Beton" MMC-ni yalançı adlandıraraq deyilənləri təsdiq edib. S.Məmmədov bildirib ki, iş Göygöl rayon Polis Şöbəsində də araşdırılıb, nəticədə onlara məhkəməyə müraciət etmək tövsiyyə olunub.

Onu da bildirək ki, Nuşirəvan Həsənov Azəravtoyol ASC-nin Qərb regional idarələrinin birində məsul vəzifədə çalışır. Biznesmen-məmurun vətəndaşları işlədib aldatması yalnızca təəssüf doğurur.

Demokratik.Az saytı şikayətlə bağlı adıkeçən MMC-nin də mövqeyini dərc etməyə hazırdır.

Oxşar xəbərlər

Kamil Zeynallı yenə saxlanıldı - SƏBƏB
Kamil Zeynallı barədə QƏRAR VERİLDİ (Yenilənib)
Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ
Göygöldə 2 avtomobil toqquşdu - Xəsarət alan var
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Bu kafe və restoranlar cərimələndi - SİYAHI
Prokurorluq Göygöldə minaya düşən çobanla bağlı MƏLUMAT YAYDI
Nazirliyin şöbə rəisi işdən çıxarıldı - Yoxlamalar başladı
Sahil Babayevin nazirliyində yoxlamalar başladı
“Manqalüstü” restoranı və ”Qala” kafesi cərimələndi - SİYAHI
Göygöldə ŞÜBHƏLİ TENDERLƏR... - Büdcə pulları belə xırıd edilir...
Əhmədzadənin ərköyünü "DOST" agentliyini də aldatdı? - İTTİHAM
Göygöldə qonşusuna xəsarət yetirən şəxs tutuldu
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Göygöldə iki kənd üz- üzə! - SSİ-nin rəisi pul yedi və susuzluq yaratdı
Göygöl sakini “Aztelekom MMC”-dən şikayətçidir - “Deyir ki, sənə ayrılası telefon dirəklərim yoxdur…”
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağdərədə erməni traktorçu minaya düşdü...
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Bakıda 12 müəssisə cərimələndi - SİYAHI
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi - FOTO
Məşhur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi
Binadan qopan beton parçaları təhlükə yaratdı - Fotolar
Kişinin üstünə traktor aşdı
Bakıda bankomatdan 60 min manat çox pul oğurlandı
Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB
“Qədim Qəbələ” restoranı cərimələndi
Bir neçə kafe və restoran cərimələndi - TAM SİYAHI