Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
24-07-2021, 12:19
58

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 12 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Həmçinin, Qazax rayonunun Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Boğulma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edildi - 1 nəfər öldü
Ötən gün FHN onları belə xilas etdi - Video
Qəza nəticəsində yaralanan şəxs belə xilas edildi - Video
Dənizdə boğulan 5 nəfər son anda xilas edildi
Şəmkirdəki uçqunda torpağın altında qalan şəxs belə xilas edilib – VİDEO
Bakıda mənzildə qadın meyiti aşkarlandı TAPILDI
Su anbarında naməlum kişi meyiti tapıldı
Bulvarda dənizə düşən şəxs xilas edildi
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olundu
61 yaşlı qadın evdə yanaraq öldü - VİDEO
Çimərliklərdə həyəcanlı anlar - 5 nəfər xilas edilib
Sabunçuda 1 nəfər göldə batdı
Novxanıda dənizdə gənc oğlan batdı
Qar səbəbindən köməksiz vəziyyətdə qalanlar belə xilas edildi - VİDEO
25 yaşlı gənc Xəzərdə batdı
Novxanıda 11 yaşlı oğlan dənizdə BATDI
Kürdə batan şəxsin meyiti 36 gün sonra TAPILDI
Bilgəhdə dənizdə bir nəfər batıb
Novxanıda bir nəfər dənizdə batıb
Bakıda səkkiz nəfər köməksiz qaldı
Balakənçayda köməksiz qalan şəxs xilas edildi
Bakı bulvarında bir nəfər özünü dənizə atdı
Bakıda dənizdə batan iki nəfərin meyiti tapıldı
Kürdən 5 yaşlı uşağın meyiti tapıldı
40 yaşlı qadın su kanalında batdı
Bu il ərzində Azərbaycanda təbii fəlakət və texnogen qəzalar nəticəsində 28 nəfər həlak olub
Bakıda mənzildən meyit tapılıb
Bakıda mənzildə kişi meyiti aşkarlandı
Gəncədə mənzildə meyit tapılıb
Kürdə batan azyaşlı qızın meyiti tapıldı