Oğurlandığı deyilən alpinistlərin adına quraşdırılmış lövhə tapıldı - Foto
24-07-2021, 12:28
64

Oğurlandığı deyilən alpinistlərin adına quraşdırılmış lövhə tapıldı - Foto

Qar uçqununda həlak olmuş alpinistlər - Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhə tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “Qafqazinfo”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə lövhənin oğurlanması ilə bağlı məlumat yayıldıqdan sonra məsələ barədə Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb. Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb olub.
Xatırladaq ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.
 





Oxşar xəbərlər

Tufandağda alpinistlərin xatirəsinə qoyulan bürünc lövhə oğurlandı - FOTO
Zəngilanın tarixi adı yeni lövhədə - FOTO
Laçının lövhəsi Güləbird kəndində yerləşdirildi
Polislər karantini pozub məclis təşkil edib? - DİN-dən Açıqlama (Video)
İtkin düşən qız tapıldı
2783 m hündürlükdə şəhidlərin şərəfinə lövhə - FOTO
“Azərbaycana xoş gəlmisiniz” lövhəsi erməniləri şoka saldı
Vilayət Eyvazov jurnalistə DİN-də vəzifə verdi
Laçının girişinə yeni lövhə vuruldu (FOTO)
İşğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən lövhələr quraşdırılır - VİDEO
Gorus-Qafan yolundakı lövhə bərpa edildi
Şükür Həmidovun şəhid olduğu yerə lövhə qoyuldu - FOTO
DİN-in Mətbuat Xidmətində YENİ TƏYİNAT
Arvadını ölümlə hədələyən şəxs saxlanıldı
Qusarda bir tondan çox narkotik məhv edildi
Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB
Qusarda əməliyyat: Saxlanılan var
Kürdə batan şəxsin meyiti 36 gün sonra TAPILDI
Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapıldı
Düşmən texnikalarının nömrələrindən ibarət nəhəng lövhə - Fotolar
15 yaşlı "gəlin"lə 30 yaşlı bəy polisə çağırıldı - VİDEO (YENİLƏNİB)
Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər tapıldı
Bu da son: Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökür – FOTO
Qusar və Quba sakinlərində silah aşklarlandı
Vilayət Eyvazovdan Vaqif Əsədovla bağlı əmr
Özünü Kürə atan şəxsin meyiti tapıldı - YENİLƏNİB
Qusarda kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi
Bakıda avtomobil qaçıran şəxslər qəza törətdi
Şurnux kəndinə Azərbaycana aid olan lövhə yerləşdirildi
Daxili İşlər Nazirliyi şəhid ailələrindən üzr istədi