Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
15-08-2020, 11:32
154

Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilib. Gundelik-baku xəbər verir ki, 15 avqust 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəaliyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. Fəaliyyətinə icazə erilmiş obyektlərin girişlərində sakinlərin həraətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfaksiyaedici məhlulların mövcüd olması, işçi heyətinin tibbi maskadan istifadəsi yoxlanılıb.
Online fəaliyyət göstərən kafe və restoranların yerində xidmət göstərməmələri və sanitar qaydalara riayət etmələri yoxlanılaraq müvafiq tövsiyələr və xəbərdarlıqlar edilib. O cümlədən reydlər zamanı karantin rejimində fəaliyyət qaydalarını pozduqları üçün rayon ərazisində fəaliyyət göstərən “Yaşıl Bazar” 3.000 azn,”Merbi” geyim mağazası 200 azn, “Lady” gözəllik salonu 200 azn, fiziki şəxs R.Nurullayevaya məxsus geyim mağazası 200 azn və qanunsuz küçə ticarəti ilə məşğul olan bir neçə fiziki şəxs müvafiq orqanlar tərəfindən inzibati qaydada cərimələnib.
Nərimanov rayonu ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını alınması məqsədilə dezinfeksiya işləri də davam etdirilir. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki parklar, dayanacaqlar, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin dezinfeksiyası işləri gücləndirilmiş rejimdə davam etdirilir.
Bütün bu işlərə paralel olaraq karantin rejiminin yumşaldılmasından sonra fəaliyyətinə icazə verilmiş sahələr tərəfindən qanunla qadağan olunan yerlərdə küçə ticarətinin aparılmaması məqsədilə müvafiq strukturların əməkdaşları ilə birgə profilaktik reydlər də davam etdirilir. Həmçinin reyd zamanı obyektlərin antisanitariya qaydalarına riayət etmələri də yoxlanılaraq nəzarətə götürülür. Şəhərin ümumi görkəmini pozan obyektlərə yol verdikləri nöqsanları tezliklə aradan qaldırmaq tapşırığı verilir və buna ciddi nəzarət edilir.
O cümlədən gündəlik olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş lakin evdə müalicə alan rayon sakinləri ilə mütəmadi rabitə əlaqəsi yaradılaraq yaşadıqları mənzili tərk etməmləri ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilir.
Mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcək.


Oxşar xəbərlər

Maska taxmayan 9 nəfər cərimələndi
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - Foto
Şabranda 9 velosipedçi cərimələndi
Bakıda birgə reydlər keçirilir
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olundu
Siyəzən polisi kimsəsizlərə yardım edir, nəzarəti gücləndirir
Bakıda evdən icazəsiz çıxanlar aşkar edildi - FOTOLAR
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"
Qəbələyə istirahətə gələnlər cərimələndi
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Tərtərin icra başçısı növbəti dəfə videokonfrans keçirdi - Fotolar
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Maştağada silahlı şəxs tutuldu – Foto
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Polis Saatlıda reyd keçirdi
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Gəncədə iki top mərmisi tapıldı
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Operativ Qərargah məlumat yaydı: 15 iyun 2020-ci il tarixinədək uzadılır...
Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar