Sülhməramlılardan gözlənilməz açıqlama: “Gərginlikdə Ermənistan günahkardır”
25-07-2021, 10:18
58

Sülhməramlılardan gözlənilməz açıqlama: “Gərginlikdə Ermənistan günahkardır”

“Hökumətdəki son kadr dəyişikliyindən görünür ki, Nikol Paşinyan xarici siyasət kursunu dəyişdirir, əsas sahələrdə anti-Rusiya mövqeli şəxsləri təyin edir”- deyə, Ermənistanda nəşr olunan “Hqaparak” qəzeti yazır. 
Nəşr yazır ki, baş nazir postuna hələ rəsmən təsdiqlənməyən Nikol Paşinyan Rusiyapərəst məmurları (məsələn, Vaqarşak Arutyunyanı) işdən çıxarıb və onları “Qərb mərkəzlərindən, bəzən də düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri təyin edir”.
“Hqaparak” yazır ki, hökumətdəki son kadr dəyişiklikləri Rusiya dairələrinin diqqətindən yayınmır, hətta Qarabağdakı rusiyalı sülhməramlılar da bu dəyişikliklərdən  danışırlar: “Sünikdəki rus sülhməramlıları yerli əhali ilə ünsiyyət qurarkən Ermənistan hökumətindəki dəyişikliklərdən narazılıqlarını gizlətmirlər. Rusiya sülhməramlıları deyiblər ki, Azərbaycan sərhədindəki gərginlikdə Ermənistan hakimiyyəti günahkardır. Bu gərginliyi yaratmaqda isə məqsəd  sülhməramlıların öz öhdəliklərini yerinə yetirə bilmədikləri təəssüratını yaratmaqdır. Azərbaycan-Ermənista sərhəddində gərginlikdə məqsəd həm də Qərb qoşunlarını bu bölgəyə yerləşdirilməsini təmin etməkdir. Fransanın Ermənistandakı səfirinin sərhəddəki  gərginlik və təhlükəsizlik problemi ilə bağlı Ermənistanın təklifini müzakirə edəcəklərini bildirməsi təsadüfi deyil. Söhbət sərhəddə Minsk Qrupuna üzv ölkələrin qoşunlarının yerləşdirilməsindən gedir ”deyə, qəzet yazır.
Rusiyanın “Rosbalt” agentliyi də Paşinyanın son günlər yenidən Azərbaycanla münasibətləri gərginləşdirmə tonuna diqqət çəkir. “Daima blokadada olmasından  şikayətlənən və özünü qurban kimi göstərən Ermənistanın nəqliyyat kommunikasiyalarını açmaqdan imtina etməsinin səbəbi barədə düşünməyə dəyər. Ermənistanın Qərbi “ədalətli hakim” və “səxavətli sponsor” rolunda görərək, münaqişənin “yeni həll modelini” formalaşdırmaq istəyi var”. 
Rusiya agentliyi Paşinyanın son günlər Fransa prezidenti ilə təmaslarına diqqət çəkərək İrəvanın Parisə böyük ümidlər bağladığını yazır. “Göründüyü kimi, Ermənistanın Azərbaycan və Rusiyaya "təzyiq göstərmək" üçün başqa bir fürsəti yoxdur. Yalnız Qərbə tərəf dönərək Moskvanı şantaj etmək və Bakını digər dövlətlərin ərazilərini də ələ keçirməkdə günahlandırmaq niyyətindədir. Ancaq bunlar çox təhlükəli manevrlərdir -  bir neçə stulda əyləşmək və hamıdan divident almaq siyasətinin uğur qazanmaq ehtimalı yoxdur.Ermənistanın "dünya ictimaiyyətinə bölgəyə yerləşdirilmiş rus sülhməramlılarının uyğunsuzluğu və səmərəsizliyini göstərmək" məqsədi güddüyü də aydındır. Moskva üçün bu vəziyyət təhlil etmək çətin deyil. Avropa Birliyindən ciddi maliyyə dəstəyi alan Paşinyanın onunla(Şarl Mişelə işarədir-O.Ə) üzbəüz nədən danışdıqları məlum deyil. Xüsusən də tərəflərin danışıqlarda bölgəyə NATO formatında sülhməramlı kontingentin yerləşdirilməsi istəyində nə qədər irəlilədikləri məlum deyil”. 
Agentliyə görə, Azərbaycanla sərhəddə atəşkəsin tez-tez pozulmasında tərəflərin hansının günahklar olduğunu müəyyənləşdirmək çətindir. Amma Paşinyanın davranışları onu göstərir ki, sərhəddə olan Rusiya ordusu işinin öhdəsindən gəlməməkdə suçlamaq üçün Ermənistan hər şeyi edir... /Musavat.com

Oxşar xəbərlər

“Sülhməramlılar Paşinyan hökumətindən narazıdır” - Erməni nəşri
“Sülhməramlılar 300 kilometr məsafə qət ediblər” - VİDEO
Ermənistanın yeni XİN rəhbəri kim olacaq? – İddia
Paşinyan Rusiyadan yenə kömək istədi
“Rus sülhməramlıları mühasirəyə düşüb” – Paşinyan
22 dekabr Ermənistan üçün kritik gün... - Paşinyan hərəkətə keçdi
Paşinyan gizli iclas keçirdi: Növbədənkənar seçki?
Təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti
Paşinyan bu dəfə Putinə məktub yazdı
Paşinyan erməni əsir və meyitlərlə bağlı Rusiyadan yardım istədi
Ermənistanda küçə qanunları hökm sürür: Paşinyan İrəvan merini şapalaqlayıb
Rusiya Müdafiə Nazirliyi: “Sülhməramlılar mühasirəyə düşməyib”
Paşinyan Putini aldatdı
Nikol Paşinyan bitib…
Paşinyanın ailəsi Kanadaya qaçdı
Paşinyan Moskvaya gedir
Paşinyan özünütəcridə başladı - SƏBƏB
Paşinyan Rusiyanı biabır etdi: “Verdiyiniz silahlar işə yaramadı”
Quldurbaşı özünə yeni “hökumət” formalaşdırdı
Şoyqu Arutyunyanı danladı
Paşinyan yeni nazirlik yaradır
Paşinyanla Putinin görüşü başladı
Qarabağda erməni zabitlərin həbsinə başlanıldı…
İlham Əliyevdən sonra Paşinyanla danışdı - DETALLAR
Ermənilər Putindən yenə kömək istədilər
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
Paşinyan bu tarixdə istefa verəcək - Erməni mətbuatı
Paşinyan Arayik Arutyunyanla görüşdü
Köçəryan Paşinyanı “Rusiya düşməni” elan etdi
Paşinyan Rusiyaya buna görə gedirmiş