Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
15-08-2020, 13:03
335

Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb.
Açıqlamada deyilir:
"Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir. Bununla əlaqədar müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır".
Qeyd edilib ki, xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir.:
"Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
“İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət edilməsi, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub təmizlənməsi tövsiyə olunur".

Oxşar xəbərlər

Restoran sahiblərinə xəbərdarlıq edilib
Bakıda birgə reydlər keçirilir
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Restoranlarda xidmət tam bərpa edilir
Müştərilər yalnız bu halda maskanı ÇIXARA BİLƏR
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Bu gündən kafe və restoranlar açıldı
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi