Biləsuvarda polis və sakinlər arasında gərginlik: Saxlanılanlar var
28-07-2021, 17:02
68

Biləsuvarda polis və sakinlər arasında gərginlik: Saxlanılanlar var

Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edib. 
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, sakinlər küçəni bağlamağa cəhd edən zaman polisin müqaviməti ilə üzləşiblər.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə maneə yaradıblar:
“Polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs polis şöbəsinə gətirilib. 
Digər sakinlər isə onları narahat edən məsələ ilə bağlı, yəni su problemi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı və rayondakı digər aidiyyəti qurumlar tərəfindən qəbul edilib”.
O qeyd edib ki, onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər

Vətəndaşlar icra hakimiyyətinə gedən yolu bağlamağa cəhd etdilər
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Bu icra hakimiyyətinin qarşısında intihara cəhd edildi
İcra başçısı həbs edilən rayonun polis şöbəsində yoxlama başlanıb? - AÇIQLAMA
Lənkəranda Aşura mərasimi keçirməyə cəhd edənlər saxlanıldı
Biləsuvarda MƏMUR ZÜLMÜ ƏRŞƏ DİRƏNİB... - NARAZILIQ!
DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb
Ermənistanda əyalət sakinləri Paşinyanın yolunu kəsdilər
Arvadını ölümlə hədələyən şəxs saxlanıldı
DİN: Balakəndə polisə müqavimət göstərməyə cəhd edən 4 nəfər saxlanılıb
Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Kamil Zeynallı barədə QƏRAR VERİLDİ (Yenilənib)
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi
Tərtərdə qazi özünü yandırıb? - RƏSMİ AÇIQLAMA (VİDEO)
"Torpaqlarımızı alıb gəlmişik, öz torpağımı zəbt ediblər" – Özünü yandırmağa cəhd edən qazi ilə bağlı açıqlama - Video
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma olub
Koronavirus xəstəsi karantin postundan keçməyə cəhd etdi
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Arvadı boşandığı üçün özünü yandırmaq istədi
Daxili İşlər Nazirliyi şəhid ailələrindən üzr istədi
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 4 nəfər tutuldu
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
Vilayət Eyvazov Bayram Səfərovun oğlunu işdən çıxardı
Azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanıldı
Azərbaycanda daha bir 15 yaşlı qız özündən böyük oğlanla evləndirildi
"Mercedes"lə Bakıya sərnişin daşıyan sürücü həbs edildi