Təyyarə ilə Azərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldılıb - QƏRAR
28-07-2021, 18:10
51

Təyyarə ilə Azərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldılıb - QƏRAR

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.
Baş nazir Əli əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
- Azərbaycan vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- yaxın qohumu Azərbaycan vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Oxşar xəbərlər

Azərbaycanda təyyarə ilə sərnişin daşımaları qaydası dəyişdi - YENİ QƏRAR
Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə VERİLDİ
Azərbaycanda əcnəbilər üçün kurslar təşkil olunur
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq
Prezidentdən Avropa Çempionatı ilə bağlı SƏRƏNCAM
Bu şəxslərin quru yolla Azərbaycana daxil olmasına icazə verildi - RƏSMİ
Əli Əsədov əsasnamənin bir hissəsini LƏĞV ETDİ
Bu ölkəyə giriş-çıxış qadağan edildi
Baş nazir məhkumlarla bağlı bu qaydaya DƏYİŞİKLİK ETDİ
ŞAD XƏBƏR! “Mall“lar açılır
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
DİQQƏT: Bu qadağa aprelin 1-dək qüvvədə qaldı
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
Ukrayna sərhədlərini xarici ölkələrin vətəndaşlarına bağlayır
Əli Əsədov qərar imzaladı: bu uşaqlara 18 yaşadək müavinət veriləcək
İlham Əliyevdən "Formula 1"lə bağlı SƏRƏNCAM
İctimai nəqliyyat bu tarixlərdə də işləməyəcək - Qərarda dəyişiklik
Bu tarixlərdə şənbə və bazar günləri ictimai nəqliyyat və metro işləyəcək
DİN-dən bu həftə rayonlara getmək istəyənlərə müraciət
Bu tarixdən toy və nişanlara icazə verildi - RƏSMİ
Karantin rejimi yumşaldıldı: Rəsmi qərar
Baş nazirdən QƏRAR: bu şəxslərə 265 manat vəsait ödəniləcək
Rusiyada vətəndaşlığı olmayanlar şəxsiyyət vəsiqəsi ala biləcək
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi açıqlama
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Repetitorlardan da COVID-19 pasportu tələb olunacaq
Gürcüstan vətəndaşlarına Almaniyada iş icazəsi veriləcək
Rusiyaya gedib-gəlmək istəyənlərin nəzərinə: Sərhədlər açılır
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub