APA TV-nin rəhbəri istefa verdi
29-07-2021, 14:36
51

APA TV-nin rəhbəri istefa verdi

APA TV-nin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl vəzifəsindən istefa verib.
Bu barədə jurnalist öz feysbuk səhifəsində paylaşım edib.
“Sabah APA TV-dən sonuncu məzuniyyətimə çıxıram, bu gün isə sonuncu iş günümdür burada. 29 yaşımda gəldiyim “APA Group”dan 44 yaşımda ayrılıram. Bu müddətdə Vesti.az istisna olmaqla media qrupa daxil olan bütün saytlarda çalışdım, üstəlik, televiziya təcrübəsini burada qazandım. Tarix üzrə fəlsəfə doktoru olmaq yolundakı bürokratik əngəlləri də “APA Group” rəhbərliyinin verdiyi icazələr sayəsində aşdım. “APA Group”un rəhbəri Vüsalə Mahirqızına etimadına və uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm.
15 il ərzində bu kollektiv ikinci evimiz sayılsa da, əslində, birinci evimizdən çox APA-nın ofisində olduq. Nurşən Quliyev başda olmaqla gözəl dostlar qazandıq. Sevincimizi bölüşdük, kədərimizə şərik olduq. Tarixi hadisələrə şahidlik edə-edə həm də onun xəbərini yazdıq, süjetini hazırladıq. Bu hadisələrin kulminasiyası isə Vətən Müharibəsi və Şuşa Zəfəri oldu. İndiyə qədər çalışdığım bütün yerlərdən olduğu kimi, “APA Group”dan da halallaşaraq ayrılıram. Vacib olan insani münasibətləri qorumaqdır. İş bitər, dostluqlar bitməz!”,-deyə Cavid İsmayıl qeyd edib. 

Oxşar xəbərlər

AMEA-da iki şöbə müdiri və elmi katib vəzifəsindən azad edildi
Tolik və Kamil Türkiyədə mükafat aldı
Şirkət direktoru vəzifəsindən azad edildi
Professor Kamran Əliyev vəfat etdi
Tarixçi Dilavər Əzimli dünyasını dəyişdi
Tarix İnstitutuna yeni icraçı direktor təyin edildi - FOTO
BDU-nun tanınmış müəllimi vəfat etdi - FOTO
Ermənistanən xarici işlər naziri istefa verdi
Xınalıqda nadir tapıntılar aşkarlandı
Ceyhun Əlinin işdən çıxarılma SƏBƏBİ
Gürcüstanda daha bir azərbaycanlı məmur istefa verdi
Ramiz Mehdiyev ona vəzifə verdi
AMEA-ya yeni Aparat rəhbəri TƏYİN OLUNDU
Əli Həsənov AMEA-ya vəzifəyə gətirilir? - GİZLİ MƏQAMLAR
Tarix İnstitutuna yeni baş direktor təyin edildi
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən istefa verir
Fazil Məmmədov sabiq başçının oğluna vəzifə verdi
Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
Ermənistanda nazir müavini istefa verib
Fazil Məmmədov keçmiş icra başçısının oğluna vəzifə verdi
Paşinyan istefa verdi
Tanınmış jurnalistin səhhəti ilə bağlı ölkə Prezidentinə MÜRACİƏT...
Paşinyanın partiyası dağılır: Açıqlaması istefalara səbəb oldu
Azərbaycanda partiya sədri VƏFAT ETDİ
Tarixçi alim vəfat etdi
Nəsib Quliyev  vəzifəsindən azad edildi
Mnatsakanyanın müavini də istefa verdi
Tofiq Heydərov istefa verdi
Ermənistanda qubernator da istefa verdi