"Azəriqaz” abonentlərə kələk gəlir - Məsuliyyətsizlik, yoxsa maxinasiya?
30-07-2021, 10:38
48

"Azəriqaz” abonentlərə kələk gəlir - Məsuliyyətsizlik, yoxsa maxinasiya?

Məlum olduğu kimi iyulun 1-dən etibarən Tarif Şurasının qərarı ilə qaz limiti yeni tariflə hesablanır. Ölkəmizdə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1200 - 2500 kubmetr olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Ölkədə mexaniki-elektron sayğaclarda limitin sıfırlanması ilə bağlı narazılıqlar artıb. Buna səbəb həmin sayğaclardan istifadə edən abonentlərdə qaz limitinin sıfırlanması prosesinin ləngidilməsi və ya uzanmasıdır. Abonentlər bu işin “Azəriqaz” əməkdaşları tərəfindən müvafiq zamanda həyata keçirilməsini tələb edirlər.

Mediaxeberleri.Az-a müraciət edən çoxsaylı qaz abonentlərinin sözlərinə görə, smart-kart tipli sayğaclarda iyunun 30-da, gecə saat 00:00-da 1 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanmalı və iyul ayını 1-dən hər abonent üçün 2 500 kubmetrlik həcmin yenidən 20 qəpikdən, 2 500 kubmetrdən çox istifadə edən abanentlər isə 25 qəpikdən hesablanmalı idi. Sayğaclarda limitin sıfırlanması ləngidilir, abonent isə sərf etdiyi qaza görə 20 qəpik ödəyir. Pandemiya il yarımdır hər kəsin imkanlarını məhdudlaşdırıb. Bu vəziyyətdə bir də kommunal xidmətləri, qazı, elektiriki, suyu, benzini, dizeli, məhkəmə xərclərini, cərimələri dəfələrlə qaldırıb, istehlak qiymətlərini də sürətlə artırmaq insanların çörəyini əlindən almaqdır.

Qeyd edək ki, qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib. Tarif Şurasının qərarı ilə güzəştlə qaz limiti 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan abonentlər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər. Azərbaycanda əhaliyə təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün satış qiyməti 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyə, Gürcüstana və İrana satılan təbii qazın qiymətindən yüksəkdir.

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər

Sayğaclarda limit fırıldağı – “Azəriqaz”ın məsuliyyətsizliyi, yoxsa maxinasiya? – ŞİKAYƏT
Qazın qiyməti qalxdı - RƏSMİ
Qaz limitini keçənlərin DİQQƏTİNƏ: Bu gün yükləyəcəyiniz balans...
Qaz və işıq limiti ilə bağlı açıqlama: “Bütövlükdə limitin götürülməsini...”
Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ
Təbii qazın da qiyməti qalxaqcaq? - Rəsmi açıqlama
“Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə - GİLEY
"Bəzən sayğacların göstərdikləri rəqəm istifadə olunandan 2-3 dəfə artıq göstərir" - NARAZILIQ...
"Azərsu" rəhbərinin hamam biznesi - Qorxmaz Hüseynova məxsus obyektlərin fotoları yayıldı
Marketlərdə kəskin bahalaşma: Qiymətlər nə qədər artdı?
Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa…
Məcburi köçkünlərin borcları necə ödəniləcək? - RƏSMİ AÇIQLAMA
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
"Azəriqaz" borclarla bağlı vətəndaşlara xəbərdarlıq etdi
"Azəriqaz"dan sayğaclarla bağlı açıqlama - VİDEO
İşığın qiyməti qalxacaq? - RƏSMİ AÇIQLAMA
Mexaniki sayğaclar kimin marağına XİDMƏT EDİR? - qiymət artımının bir növüdür...
SON DƏQİQƏ: Azərbaycanda benzin və dizelin qiyməti dəyişdi - RƏSMİ
İşığın qiymətinin iki dəfə qalxması aktuallaşır
“Azəriqaz”ın qanunlara zidd sayğacdəyişmə əməliyyatı – Ay yarıma 162 manat...
“Azəriqaz” müştərilərinə kələk gəlir - NARAZILIQ!
Azərbaycanda ərzağın qiyməti ilə bağlı son durum - Video
Tarif Şurası elektrik enerjisi ilə də bağlı QƏRAR VERDİ
"Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR!
“Azəriqaz”ın ənənəvi “qazlama” əməliyyatı: - “Abonent smart sayğacın yerinə qaytarılmasını tələb edə bilər"
Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Əsassız qiymət artımına qarşı nəzarət gücləndirilir - Diqqət!
Bu gündən yeni qaz sayğaclarının quraşdırılmasına başlanılır
Xırdalanda hər ay “qoparılan” 40 min hara gedir? – Ekspert