Bu mallarla bağlı yeni qaydalar təsdiq olundu
30-07-2021, 11:03
46

Bu mallarla bağlı yeni qaydalar təsdiq olundu

Texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində Nazirlər Kabineti tərəfindən bir sıra Qaydalar təsdiq olunub. Yeni Qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, yeni qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.
Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq setifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq setifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər. Azərbaycan uyğunluq nişanı - AZC hərfləri ( "Azerbaijan Conformity" Azərbaycan dilinə tərcümədə "Azərbaycan uyğunluğu") ilə təqdim olunur.
Qeyd edək ki, malların risk qruplarının təyin edilməsi meyarları barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

Oxşar xəbərlər

Azərbaycanda yeni standart qəbul edildi: Enerjiyə və suya qənaət ediləcək - RƏSMİ
Əli Əsədov qərar İMZALADI
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Baş nazirdən yeni QƏRAR
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Bu şəxslər üçün qaz sayğacları PULSUZ QURAŞDIRILACAQ
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman
Azərbaycanda ixrac malları ƏDV-dən azad edildi
İlham Əliyevdən aqrar sahə ilə bağlı FƏRMAN
Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA
Plastik qab istehsal edən sahibkarların nəzərinə!
Azərbaycan ərazisində tapılan kimyəvi silahlar belə məhv ediləcək - QƏRAR
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Nazirlikdən süni qiymət artıran sahibkarlara XƏBƏRDARLIQ
Sentyabrdan məktəblərdə COVID-lə bağlı yeni qaydalar tətbiq olunacaq
Azərbaycanda gələn il qiymət artımı olacaq? - Mərkəzi Bank açıqladı
Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
Məişət xidmətləri göstərən obyektlərinin fəaliyyəti bərpa olunacaq
Dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır - Rəsmi
“Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
Əsassız qiymət artımına qarşı nəzarət gücləndirilir - Diqqət!
Əlilliyin təyiniylə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olundu
Nazirlik dərman satanlara xəbərdarlıq etdi
Qazın qiyməti qalxdı - RƏSMİ
İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ
İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN
Prezidentdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN
Azərbaycanda bahalaşmanı kim yaradır? – Gömrük Komitəsi buraxılmalıdır...