Qida Təhlükəsizliyi Agentliyi Mingəçevirdə reyd keçirdib
30-07-2021, 12:27
44

Qida Təhlükəsizliyi Agentliyi Mingəçevirdə reyd keçirdib

İctimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reyd keçirilib.
Azərbaycan  Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Mingəçevir şəhəri, 7-ci bağ küçəsi 9A ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov Fizuli Arif oğluna məxsus "Durna Teli” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı  məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.

Oxşar xəbərlər

AQTA bu şadlıq sarayını cərimələdi
300 nəfərlik toy etmək istəyən şadlıq sarayı BAĞLANDI
Daha bir şadlıq evinin sahibi cərimələndi
Toyda reyd: Pandemiya tələblərinin kobud şəkildə pozulduğu aşkarlandı
“Peçat” dönər evi cərimələndi - SİYAHI
Şəmkirdə 350 nəfərlik toy keçirmək istəyən şəxs cərimələndi
AQTA 155 obyektdə pozuntular aşkarladı
"Kral” şadlıq sarayında karantin qaydaları pozuldu
“Əjdaha” dönər evi cərimələndi - SİYAHI
“My Beach” və "Tolishon" restoranları cərimələndi - SİYAHI
"Sərin" şadlıq sarayında karantin qaydaları pozuldu
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb
“Manqalüstü” restoranı və ”Qala” kafesi cərimələndi - SİYAHI
“Dan ulduzu” restoranında 220 nəfərlik toy keçirildi
“Cratos” restoranı cərimələndi - SİYAHI
Karantin tələblərini pozan obyektlər CƏRİMƏLƏNDİ
Məşhur restoranlar cərimələndi - SİYAHI
42 obyektdə nöqsanlar aşkarlanıb
“Mixək” çay evi və “Şaurma” kafesi cərimələndi - SİYAHI
“Xal-xal” və "999" kafeləri CƏRİMƏLƏNDİ
"McDonalds"da nöqsanlar AŞKARLANDI
Məşhur restoranlar cərimələndi
"Mado"da nöqsanlar AŞKARLANDI - FOTO
“Riva Lounge” restoranı və “Kabab house” kafesi cərimələnib - SİYAHI
Bakıda məşhur restoranlar cərimələndi - TAM SİYAHI
“Sərin” restoranı cərimələndi
“Pak dad” restoranından nöqsan aşkarlandı - SİYAHI
“Buta" kafesi və “Sevinc” restoranı CƏRİMƏLƏNDİ - FOTO
31 obyektdə pozuntular aşkarlandı