Bu kənd Azərbaycanda ilkdir: Orada internet problemi olmayacaq…
30-07-2021, 12:44
41

Bu kənd Azərbaycanda ilkdir: Orada internet problemi olmayacaq…

Vətən müharibəsindəki Zəfərdən sonra işğaldan azad edilən ərazilərimizdə müasir texnologiyalarla yenidənqurma işləri həyata keçirilməyə başlayıb. Artıq texnoloji əsasların ön plana çəkildiyi abadlıq prosesində “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin tətbiqinə start verilib. 
Zəngilan rayonunun Ağalı kəndi də Prezident İlham Əliyevin göstərişi ilə aprelin 26-da “ağıllı kənd” layihəsinin təməli qoyulan ərazilərdəndir, bölgədə tikinti prosesi sürətli şəkildə davam etdirilir. 
İlkin məlumata görə, layihənin icrası yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi 5 komponenti əhatə edəcək. Burada 1000-nə yaxın insanın yerləşdirilməsi və bu səbəblə də 200 fərdi evin tikintisi nəzərdə tutulur ki, həmin prosesin icrası zamanı tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə ediləcək. 
“Ağıllı kənd”in digər kəndlərdən fərqi o olacaq ki, hər şey-evlər, inzibati və ictimai iaşə obyektləri, sosial tikililər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı alternativ enerji mənbələri ilə təmin ediləcək. Yaşayış sahələrinin qızdırılması suyun enerjisindən istifadə etməklə mümkün olacaq. Bağça, məktəb və poliklinika müasir standartlara cavab verəcək. Heyvandarlıq və kənd təsərrüfatında texnoloji avadanlıqların istifadəsi üstünlük təşkil edəcək. Bu elektronlaşma isə həm yaşam şəraitinin, həm də istehsalatın inkişafına gətirib çıxacaq.
“Ağıllı kənd”in iqtisadi səmərəsi ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclis deputatı, iqtisadçı Vahid Əhmədov bildirib ki, bu layihə ilk növbədə yerli istehsalın artmasına təkan verəcək:

“Qarabağın azad olunan ərazilərinin bərpası ilə əlaqədar çox böyük işlər gedir. Həm infrastruktur lahyihələr, həm də “ağıllı kənd” layihəsi həyata keçirilir. Bunlar böyük işlərdir. 
Hesab edirəm ki, “ağıllı kənd” əhalinin yaşaması, normal fəaliyyət göstərməsi və iqtisadi inkişaf üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu layihələr həmin yerlərdə istehsalın inkişafına təsir göstərəcək, kənd təsərrüfatı sahəsi üçün lazım olan bütün infrastruktur bərpa olunacaq. 
Ona görə də Zəngilənda belə bir kəndin inşa edilməsi müsbət addımlardandır. Çünki Zəngilan dağ rayonudur, orada hava problemi var, bu səbəblə də infrastruktur layihələrin çox dözümlü olması vacibdir. Təkcə Zəngilan yox, istər Cəbrayıl, istərsə də, Kəlbəcər olsun, onlar da bizim üçün kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafında əhəmiyyətli rayonlardır. Hələ sovet vaxtında da bu belə idi. 
Ona görə də “ağıllı kənd” layihəsinin həyata keçirilməsi inkişafda mühüm rol oynayacaq müasir tələblərə cavab verən bir kəndin qurulması deməkdir. Orada internet problemi olmayacaq, işıqlandırma yüksək səviyyədə təmin ediləcək, yollar müasir səviyyədə salınacaq”.
Həmsöhbətimiz layihənin icrası zamanı xarici təcrübənin tətbiqinə önəm veriləcəyini də diqqətə çatdırıb:
“Kənd təsərrüfatı ilə bağlı elə sahələr var ki, bununla əlaqədar İsrail və başqa ölkələrin təcrübəsindən yararlanmaq mümkündür. Bir şeyi də qeyd edim ki, elektronlaşma dedikdə hər şeyi eloktronmlaşdırmaqdan söhbət getmir, axı bu, mümkün də deyil. Əvvəldə də dediyim kimi, orada heyvandarlıq daha çox inkişaf edəcək. Həmçinin yaylaq və otlaq sahələri mühüm əhəmiyyətə malik olacaq. Əlbəttə, onlarla bağlı müəyyən elektronlaşma aparmaq mümkün olacaq. Amma bütün hər şeyi elektron hökumət hesabına keçirmək bir qədər çətindir”.
Ənənəvi yaşayış məskənlərində yaşamış insanlar üçün “ağıllı kənd”də yaşamağın çətin olub-olmayacağı barədə danışan əslən Zəngilandan olan professor Qulu Məhərrəmli isə hər şeyə alışdığımız kimi, “ağıllı kənd” layihəsinə də uyğunlaşa biləcəyimizi vurğulayıb:

“Ağalı kəndi Zəngilanın ən böyük kəndlərindən biridir və üç kənddən ibarətdir: Aşağı, Orta və Yuxarı Ağalı. Maraqlı relyefi var, çaya yaxındır, arxasında təpələr var, Qubadlı yolunun üstündə yerləşir. 
Mənə elə gəlir ki, biz hər şeyə alışdığımız kimi, “ağıllı kənd” layihəsinə də uyğunlaşa biləcəyik. Düzdür, bizim çoxumuzun “ağıllı kənd” haqqında təsəvvürümüz yoxdur. Ona görə də indidən müəyyən suallar ortaya çıxır. Çox fərqli ehtimallar irəli sürürlər. Amma, məncə, hər şey heç də insanların təsəvvür etdiyi kimi deyil. 
Yəni ətraf ərazilərdə də kəndlər olacaq. Çünki elə Ağalıya yaxın kəndlərdən biri mənim doğulduğum Babaylı kəndidir. Ümumiyyətlə, Ağalı kəndinə yaxın maraqlı kəndlər çoxdur. Ona görə də düşünürəm ki, uyğunlaşacağıq. 
Çünki digər bir məqam da var ki, oraya gedən insanların hamısı kənd mühitindən deyil, orada yaşayacaq olanların əksəriyyəti yeni nəslin nümayəndələri olacaq. Təbii, yaşlı adamlar da var, onlar da getməyə can atır, amma onsuz da bu, səhranın düzündə, yaxud dağ-dərənin ortasında bir kənd olmayacaq ki, uyğunlaşmaq çətin olsun. 
Şübhəsiz ki, qonşular olacaq. Həm də bir eksperimental yaşayış məntəqəsidir. Yəni bir az şəhərə mühitinə yaxın-ağıllı, mədəni, müasir, rəqəmsallaşmış şəkildə olacaq”.
Qulu Məhərrəmli hesab edir ki, Ağalı kəndi elektron kənd olsa belə, kənddə yaşayış üçün tələb olunan şərtlər tətbiq ediləcək:
“Burada başlıca məsələ təsərrüfatın qurulmasıdır. Kənd yerinini ənənəvi qaydaları var, məsələn, mal-qara saxlamaq, əkin-biçinlə məşğul olmaq və s. Bizim gördüyümüz layihə, məncə, ancaq servis, internet mərkəzi, nəqliyyatın kəndarası işi və s. ilə kifayətlənmir.  
Layihədə həm də təsərrüfatla bağlı atılmalı olan addımlar da öz əksini tapıb. Axı sən kənddə həm də heyvan saxlamalısan, onun otunu təmin etməlisən, ferma qurmalısan və sair. Çünki hər nə olsa da, adı kənddir. Biz nə qədər texnologiya gətirsək də, kənddir. 
Ona görə də insanların yaşayışı üçün lazım olan infrastrukturların hamısı olacaq. Təxmini təsəvvürüm var. Bu səbəblə narahat deyiləm. Sadəcə olaraq indiki şərtlər daxilində onu tikib ortaya çıxarma çətinliyi var. O kənd tikilməzdən əvvəl  yollar qaydaya salınmalıdır, çayların suyunun tutumu, insanların sayı, evlər hesablanmalıdır. Bu bizdə birinci addımdır. 
Dünyada isə belə bir təcrübə var. Yəqin ki, ondan da öyrəniləsi şeylər olacaq. Məncə, adamları birdən-birə qaranlıqdan çıxarıb işığa salmayacaqlar. Onun üçün bir keçid, vərdiş, alışma olacaq”. 
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Oxşar xəbərlər

Qarabağda yaradılacaq “Ağıllı kənd” belə olacaq - VİDEO
Zəngilanın Ağalı kəndlərində 200 ev tikiləcək
Zəngilanlılar doğma kəndlərində qurban kəsdi - FOTOLAR
Qarabağda “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənəcək
Prezident Rəşad Nəbiyevə daha bir VƏZİFƏ VERDİ
Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI
Əlləri yumağı xatırladan - SAAT İSTEHSAL OLUNDU
Şəhidlərin xatirəsi əbədiləşdirildi
BMT ali nümayəndəsi Ağdamda
Ağdam necə su ilə təmin olunacaq? - AÇIQLAMA
Pediatr Təhsil Nazirliyinə səsləndi: - "Şikəst təhsili bir də kor etməyin"
Rəşad Nəbiyev bunu bacaracaqmı? - NARAZILIQ!
100 min hektar torpaq sahəsi su ilə təmin olunacaq - Prezidentdən tapşırıq
Ermənilər Qarabağda 7 min fərdi ev tikəcək
Prezidentdən azad edilmiş ərazilərdəki torpaqlarla bağlı FƏRMAN
Aparıcı Operativ Qərargaha səsləndi: "Görəsən nə vaxt ağıllı qərar verəcəksiniz?"
İlham Əliyev erməni dilində olan lövhəni belə sökdürdü - Video
Bu şəxslər cərimələnəcək - XƏBƏRDARLIQ
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Daha 6 kənd işğaldan azad edildi - İlham Əliyevdən növbəti ŞAD XƏBƏR
İşğaldan azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq - Nazirlik
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Ermənilərin dağıtdığı 6 300-dən çox obyekt təmir edilib - RƏSMİ
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi
Bu ərazilərdə bayram yarmarkası keçiriləcək
“Azərişıq“ Almaniya şirkəti ilə əməkdaşlıq edəcək
Saqiyan kəndinin adı dəyişdirildi - FƏRMAN
İşğaldan azad edilmiş bu kəndlərin adları dəyişdirilir
Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq
Ermənilərin Ağdamda dağıtdığı evlər tam hazır vəziyyətdə sahiblərinə verilir - FOTO