Azərbaycanlı jurnalist vəfat etdi
30-07-2021, 13:14
39

Azərbaycanlı jurnalist vəfat etdi

“Bakı xəbər” qəzetində nəşr olunmuş dini mövzudakı məqalələri ilə həm bu nəşrin kollektivinin, həm də geniş oxucu auditoriyasının rəğbətini qazanmış Həsənov Vagif Cəlil oğlu (Vaqif Cəliloğlu) vəfat edib.
Mətbuat Şurası mərhumun doğmalarına, əzizlərinə, dostlarına dərin hüznlə başsağlığı verir.
1944-cü ildə Salyan rayonunda anadan olmuş V.Cəliloğlu Azərbaycan Dövlət Neft Kimya İnistitutunu (Neft Akademiyası) bitirdikdən sonra uzun müddət müxtəlif sahələrdə çalışmışdı. Sözə, yaradıcılığa olan hədsiz maraq isə onu doğma “Bakı xəbər” qəzetinə gətirib. 
Zaman keçdikcə V.Cəliloğlu kollektivin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu statusu o, özünün peşəkar yanaşma tərzi, yüksək mədəni və mənəvi keyfiyyətləri, dərin biliyi, zəkası və ziyalılığı ilə qazanıb. 
Kitablar, İslam dini ilə bağlı, habelə müxtəlif mövzulardakı çoxsaylı fundamental məqalələr müəllifi V.Cəliloğlunun malik olduğu insani xüsusisyyətlər və dərin məsuliyyət hissi onu ölkənin media ictimaiyyətində də tanıtdırmış, sevdirib.
Bütün bunlara görədir ki, Vaqif Cəliloğlunun yoxluğu onu tanıyan hər kəs üçün ağırdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük. 

Oxşar xəbərlər

Azərbaycanın əməkdar jurnalisti vəfat etdi
BSU-nun professoru koronavirusdan vəfat edib
Müdafiə Nazirliyi əsgərin şəhid olması ilə bağlı məlumat yaydı
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə məktub göndərdi
İstefada olan general-polkovnik vəfat etdi
AzTu-nun qadın əməkdaşı koronavirusdan vəfat etdi - FOTO
Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı
Zakir Həsənov belarusiyalı həmkarına başsağlığı verdi
Azərbaycanda institut direktoru vəfat etdi
ADNSU-nun dosenti koronavirusdan VƏFAT ETDİ
Əli Həziquliyevə AĞIR İTKİ
Azərbaycan XİN İsrailə başsağlığı verdi
Generallar nazirin vəfatı ilə bağlı başsağlığı verdilər
Daha bir vəkil koronavirusdan vəfat etdi
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
ADAU-nun kafedra müdiri vəfat edib
DSX-nin polkovniki vəfat etdi
İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verdi
İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
Bu universitetin iki dosenti vəfat etdi
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
İlham Əliyevdən yeni SƏRƏNCAM
Azərbaycanlı diplomat vəfat etdi
Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
Məktəb direktoru vəfat etdi
ADU-nun əməkdaşı vəfat etdi - FOTO
Bakıda 27 yaşlı müəllim özünü binadan atdı - Foto
İlham Əliyev Ərdoğana başsağlığı verib
Azərbaycanda vəzifəli şəxsin atası VƏFAT ETDİ
Prezident Ərdoğana başsağlığı verdi