Əhaliyə ŞAD XƏBƏR! - Müavinət və təqaüdlər artırılacaq
30-07-2021, 14:20
48

Əhaliyə ŞAD XƏBƏR! - Müavinət və təqaüdlər artırılacaq

Təqaüd və müavinətlər artırılması məsələsi daim nəzarətdədir və bunun üzərində iş aparılır.
Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. Onun sözlərinə görə, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması son illərdə müşahidə olunur.
"2019-cu ilin aprelində müavinət və təqaüdlər 50-80 faiz arasında artırılıb. Xüsusən 110 və 130 manat olan müavinətlərin məbləği qaldırılıb. Bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Müəyyən proqramlar qəbul edilir, müavinət və təqaüdlərin artırılması da planlaşdırılır".
Sədr müavini həmçinin qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şəhid olanların ailələrinə və qazilərə verilən təqaüdlərdə də artım olub:
"Belə ki, şəhid ailələrinə verilən təqaüdün miqdarı 300 manatdan 500 manata artırılıb. Əlilliyi müəyyən olunmuş şəxslərdə isə əvvəl I, II və III dərəcəli əlilliyə görə verilən 250, 230 və 210 manat təqaüdlər müvafiq olaraq 400, 350 və 300 manata artırılıb. Yaşa görə, əllilliyə və digər müavinətlərin də artırılması diqqət mərkəzindədir".

Oxşar xəbərlər

2 100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edildi
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
Bu şəxslərin təqaüdləri artırıldı – Siyahı
Əhaliyə ŞAD XƏBƏR
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Təqaüd və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI
Azərbaycanda bu uşaqlara pul veriləcək - ŞAD XƏBƏR
Daha 30 şəhid ailəsi və qaziyə ev verildi - FOTOLAR
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Əli Əsədov qərar imzaladı: bu uşaqlara 18 yaşadək müavinət veriləcək
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - RƏSMİ
Azərbaycanda pensiyalar ARTIRILDI
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Nazirlikdən pensiyalarla bağlı açıqlama
Bu şəxslərə əlavə olaraq 360 manat aylıq müavinət veriləcək
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Gələn il pensiyalar bu qədər artırılacaq - LAYİHƏ TƏSDİQLƏNDİ
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Milli Qəhrəmanların təqaüdü artırılacaq - MƏBLƏĞ
Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiyalar alacaq - SİYAHI
Müddətli həqiqi hərbi xidmətdə olanların uşaqlarına da sosial müavinət veriləcək
Erməni terrorunun qurbanı olan mülki şəxslərə şəhid statusu verildi
Şəhid ailələrinə ödənişlər edildi
Şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur
Pensiyalar artırılır - RƏSMİ AÇIQLAMA
Azərbaycanda bu şəxslərə verilən müavinət dayandırıldı
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Bu şəxslərə 480 manat müavinət veriləcək