Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı: “Yoldaşım uşağın ondan olmağına inanmır” - FOTO
30-07-2021, 16:24
50

Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı: “Yoldaşım uşağın ondan olmağına inanmır” - FOTO

Ağcabədi rayonunda bir neçə gün öncə küçəyə atılan körpənin anası danışıb.
Bərdə rayon sakini Vüsalə Fərzəliyeva "Qafqazinfo”ya açıqlamasında övladını küçəyə atmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, əri həmin uşağın ondan olduğuna inanmadığını deyib: "Valideynlərim də dedilər ki, uşağı özünlə gətirmə. Yoldaşım da bu uşağın ondan olduğuna inanmır. Mənim evdə bir şikəst övladım var, 8 aylıq olanda yanıb. Həmin gün uşağı götürüb yoldan keçən maşına mindim və aparıb atdım. Evdən dedilər ki, uşağı atmaq yerinə gərək öldürərdin. Dedim ki, niyə öldürürəm?! Dedilər ki, sənin ucbatından rüsvay olduq”.
 
 
 V.Fərzəliyeva deyib ki, hazırda uşağın vəziyyəti yaxşıdır: "Maddi imkansızlıq səbəbindən atmışdım, amma ürəyim dözmədi. İndi istəyirəm ki, bir sığınacağım olsun, balalarımla orada yaşayım. Dörd uşağım var, hərəsi bir tərəfdədir. Birinin ayağı yaralıdır, atasının yanında qoymuşam, biri xəstəxanadadır, ikisi də anamgildə qalır. Yoldaşımla 2013-cü ildə evlənmişik. Təzəlikcə boşanmışıq. Dörd uşağımın da atası odur”.
Xatırladaq ki, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən "Şəhidlər xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə tapılıb. Ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Oxşar xəbərlər

14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO
Həkimlər qızı olan anaya oğlan uşağı verib - Azərbaycanda ŞOK
Sumqayıtda ana 6 aylıq körpəsini qapının ağzına atıb qaçdı
Ağcabədidə küçəyə atılan körpənin anası TAPILDI
Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı İTTİHAM
“Respublikanski”də ölü uşaq soyğunçuluğu: - Atadan 200 manat aldılar
4 uşağı olan şəhidin xanımı döyüldü, qonşuya sığındı – İmtiyaz münaqişəsi
Bərdədə ana 7 yaşlı oğlunun əllərini yandırdı - Video
"Baku Medikal Plaza” qazinin övladının nəşini girov saxlayır
Yol polisi sirkə içən uşağı belə xilas etdi - VİDEO
Azərbaycanda yeni doğulan uşaq 1 gün sonra öldü
Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VAR
Bu foto ilə məşhurlaşan süpürgəçi işdən niyə çıxarılıb?
Baku Medikal Plaza ilə bağlı ŞOK İDDİA - NARAZILIQ!
Azərbaycanda yenidoğulan körpə küçəyə ATILDI - AÇIQLAMA (YENİLƏNİB)
Şamaxıda körpə doğuş zamanı ölüb
Azərbaycanda DƏHŞƏT: Ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı - FOTO
Azərbaycanda taksi sürücüsü 8 yaşlı uşağın gözü önündə anasını ZORLADI
Bakıda qəddar cinayət: Emil 2 yaşlı oğlunun boğazını niyə kəsib?
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Bərdədə körpə doğuşdan sonra ölüb
Gözü zəif olan şagirdə "korsan" deyən müəllimə TÖHMƏT VERİLDİ
Altı yaşlı qızının başqa kişidən olduğunu düşünən ata onu yandırdı - Video
“Annanın erməni əri Arturu hər gün döyürdü, ona zülm edirdi” (AÇIQLAMA)
"Əllilik pensiyamı bu uşağa xərcləyirik" - GİLEY
Bakı Sağlamlıq Mərkəzində uşağın ayağını sındırdılar: İş istintaqda…
Bakıda bağçada uşağa qarşı zorakılıq - 2 yaşlı uşağı bu hala kim saldı? - VİDEO
Bakıda usta təmir etdiyi evdə azyaşlı uşağı zorladı
Narkotik aludəçisi olan ananın uşağı əlindən alındı - Rəsmi açıqlama