General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina etdi
30-07-2021, 16:35
55

General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina etdi

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report”un xəbərinə görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.
Daha sonra prokuror ittiham aktını elan edib.
 
İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışı - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.
İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir aidiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir”.
Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 05:00 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun yeddi mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm”.
F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınlığında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib”.
Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib”.
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04:00 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Genaral Rövşən Əkbərovun məhkəməsi başlayır
Rövşən Əkbərovun hakim qarşısına çıxarılacağı gün AÇIQLANDI
Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq İDDİA QALDIRILDI
Rövşən Əkbərovun şikayəti təmin edilmədi
Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırıldı
Rövşən Əkbərovu neçə il həbs gözləyir?
Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi
Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub? - Əlavə ittihamlar irəli sürüləcək
Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
Rövşən Əkbərov həbs edildi
Rövşən Əkbərovun arxasındakı güclər onu XƏRCLƏYƏCƏKMİ? - GƏLİŞMƏ
Rövşən Əkbərovun üçmərtəbəli villasının üzərindən Azərbaycan və Türkiyə bayraqları çıxarıldı - İLGİNC FAKT
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Rafael Cəbrayılov məhkəmədə özünü təqsirli bilməyib - 2 milyon 571 min manat dələduzluqda ittiham edilir
Rövşən Əkbərov özü ilə daha KİMLƏRİ APARACAQ? - Yeni həbslər OLA BİLƏR
Rövşən Əkbərovun həbsiylə bağlı detallar açıqlandı: Kafedə yeyib-içəndən sonra...
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər
Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ? - İLGİNC GƏLİŞMƏ
Biri Dubayda kef çəkir, o biri türmədə təsbeh çəkir...
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Rövşən Əkbərov ordudan kənarlaşdırılıb: “Ordu ilə heç bir əlaqəm yoxdur”
Həbs edilən generalın qardaşı Avropada hansı vəzifədədir?
Sərvət toplamağa başı elə qarışmışdı ki... - İLGİNC SİYAHI
Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISI
Rövşən Əkbərovun 19 il bağlı qalan cinayət dosyesi - Bəs niyə həbs edilmir?
Rövşən Əkbərovun şok biznes siyahısı — Restoranlar, ticarət mərkəzləri, yaxta...
Rövşən Əkbərov döyüşə qatılmaqdan imtina edib? - Maraqlı məqamlar açıqlandı
Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı