“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
17-08-2020, 10:48
150

“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb

“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana S-300 raketdən müdafiə sisteminin göndərməsi ilə bağlı Azərbaycanın narahatlığından yazıb.
AZƏRTAC xəbər verir ki, nəşrin avqustun 16-da yayılan nömrəsində dərc edilən “Azərbaycan Rusiyanın Ermənistana S-300 raketdən müdafiə sistemini satmasından narahatdır” adlı məqaləsində iyulun ikinci ongünlüyündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumat verilir. Qeyd edilir ki, bu hadisələrdən sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayan Azərbaycan Prezidentİlham Əliyev Moskva tərəfindən atılan bu addımla əlaqədar narahatlığını ifadə edib.
Prezident İlham Əliyevin telefon vasitəsilə V.Putinlə əlaqə saxladığını qeyd edən nəşr, Azərbaycan dövlətinin başçısının Rusiyanın Ermənistana böyük miqdarda silah göndərməsinin Azərbaycan cəmiyyətində xüsusi narahatlıq doğurmasını və ciddi suallar yaratmasını çatdırdığını bildirir.
Vurğulanır ki, avqustun 13-də baş tutan telefon söhbətinin əsas məqsədi məhz bu suallara cavabın aydınlaşdırılması olub.
Bildirilir ki, Azərbaycan Prezidenti ölkə KİV-lərinin iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana təqribən 400 ton silah göndərməsi barədə xəbərlər yaydığını Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Qeyd edilir ki, İl-76 təyyarələri vasitəsilə göndərilən yüklər Rusiyanın cənubunda yerləşən Rostov-Don şəhərindən birbaşa Gürcüstan vasitəsilə deyil, çox fərqli marşrut üzrə daşınıb.
Məqalə müəllifi qeyd edir ki, Rusiyanın Ermənistana silah göndərməsində qeyri-adi heç nə yoxdur, çünki bu iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir və Rusiya Ermənistana həmişə silah göndərib. Lakin azərbaycanlıları narahat edən əsas məsələ çox qısa vaxt ərzində belə böyük miqdarda silahın göndərilməsidir.
Vurğulanır ki, Azərbaycan Prezidentinin V.Putinə zənginin əsas məqsədi onun diqqətini Ermənistanın hücumunun arxasında Ermənistan-Azərbaycan münaqişəsinə üçüncü ölkələri cəlb etmək niyyətinin dayanması barədə məlumatlandırmaq olub.
Məqalədə Rusiyanın “Avia.Pro” nəşrinə istinadla Ermənistana göndərilən silahlar arasında raketdən müdafiə sistemləri, radioelektron mübarizə vasitələri, yaxın, orta və uzaq məsafəli radarlar kimi müasir sursatın yer aldığı bildirilir.

Oxşar xəbərlər

Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Rusiya Ermənistana əlavə Su-30CM verməyə hazırlaşır
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Ermənistan rus silahlarından imtina edir? – Tonoyandan şok açıqlama
Rusiya Ermənistana silahları bu yolla verib - Foto
Sergey Şoyqu Azərbaycana gəldi
S-300 komplekslərinin işə yaramadığı açıqlandı
Türkiyə həmsədr olmalıdırmı və “dostlar” niyə belə etdilər? - Təhlil
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Ermənilərə şok: Anlayın, Putin İrəvana gəlmir, iclasa gəlir
"Azərbaycana qarşı yönəlməyib" - Serqey Şoyqudan silah AÇIQLAMASI
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Putindən ermənilərə “sürpriz”: Cəmi bir neçə saat...
İlham Əliyevin Putinə zənginin əsas səbəbi nə idi? – “Təxribatlar bir-bir onun diqqətinə çatdırılıb...”
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Rusiyanın son model raketləri bütün dünyanı lərzəyə gətirdi
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
ABŞ hərəkətə keçdi: Hərbi texnika göndərilir
“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq” - Putin Türkiyəyə dolayısı ilə etiraz etdi
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Putin Mehriban Əliyevanı təbrik etdi
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Türkiyə rəsmisi “The New York Times”a xəbərdarlıq etdi