Generalın işdən çıxarılmasının sensasion səbəbi - 100 min rüşvət alması ilə bağlı səs yazısı var
17-08-2020, 10:50
201

Generalın işdən çıxarılmasının sensasion səbəbi - 100 min rüşvət alması ilə bağlı səs yazısı var

Ədliyyə generalı Nurəddin Mustafayevin işdən çıxarılması haqda ilginc iddialar var. Vəkillərdən biri generalın 100 min manat rüşvət tələb etdiyi üçün işdən çıxarıldığını deyir. Hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.
Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin bu əmri olduqca maraqlı və gözlənilməz qərar kimi şərh edilib.
Ədliyyə Nazirliyi isə generalın işdən çıxarılmasını belə şərh edib:
“Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.
Geniş müzakirələrə səbəb olan əmrin ardınca vəkil Adəm Məmmədovun sensasion açıqlaması gündəm olub.

Adəm Məmmədov
Vəkil generalın işdən çıxarılmasının səbəbləri ilə bağlı qeyd etdiyi fikirlərlə geniş müzakirə mövzusu açıb. Adəm Məmmədov bildirib ki, general 100 min manat rüşvət tələb edib. Hətta həmin məbləği alsa da, qarşılığında vəd etdiyi işi görməyib.
Adəm Məmmədov deyib ki, yaxından tanıdığı İsmayıl Kəngərli adlı vəkil general Nurəddin Mustafayevlə danışıqlar aparıb və bu danışıqları qeydə alıb.
Bu işdə qalamqallı iş adamı “Hafka” ləqəbli Hafiz Məmmədovun da adı keçir.
Adəm Məmmədov bildirir ki, vəkil İsmayıl Kəngərli ilə general arasında Hafiz Məmmədovun tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələr olub. Həmin müzakirədə Baş idarə rəisi sənədin icrası ilə əlaqədar 100 min manat pul alıb. Amma nə qətnaməni icra edib, nə də pulu geri qaytarıb.
Adəm Məmmədov deyir: “Generalla danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürülərək şikayət ərizəsi ilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub”.
Adəm Məmmədov qeyd edir ki, həmkarı İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir prokurorunun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqinin vəzifədən azad olunmasına nail olub.

İsmayıl Kəngərli
Vəkillər Kollegiyasında, Ədliyyə Nazirliyində Adəm Məmmədovun bu fikirləri böyük ajiotaj yaradıb.
Digər vəkil barəsində yazılanları təkzib edir.
Bundan sonra vəkil İsmayıl Kəngərli Adəm Məmmədovun ittihamlarına öz "Facebook" səhifəsində cavab verib.
İsmayıl Kəngərli yazır ki, Adəm Məmmədov onun adından həqiqətə uyğun olmayan məlumatları yayaraq şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə vurub.
Vəkil Kəngərli həmkarı barəsində Vəkillər Kollegiyası tərəfindən tədbir görülməsini istəyib:
“Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm, hazırkı statusumu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatını başlayasınız”.
Maraqlıdır ki, Adəm Məmmədov sonradan öz "Facebook" səhifəsindən generalla bağlı yazdığı fikirləri silib. İzah olaraq isə yazıb ki, statusu silməsinin səbəbi həmkarlarının çoxsaylı xahişləridir.
Bu məsələnin digər bir tərəfi də budur ki, əgər vəkil İsmayıl Kəngərli generalın səsini gizli yazıbsa, onun özü də məsuliyyətə cəlb oluna bilər.
Digər bir tərəfdən isə Adəm Məmmədov kifayət qədər iddialıdır və dediklərini təkzib etmir. Bu isə onu deməyə əsas verir ki, həqiqətən də general Mustafayev 100 min manat rüşvət alıb. Onun işdən çıxarılmasının əsas səbəbi budur.

Nurəddin Mustafayev
Yox, əgər belə deyilsə, bunların hamısı bir təsadüf ola bilər?
Bir general “işlərin yaxşılaşmasına yönəlmiş tədbirlər çərçivəsində” işdən çıxarılır, ardınca bir çox qalmaqallı məhkəmə işləri ilə tanınmış vəkil Adəm Məmmədov generalın 100 min rüşvət aldığını açıq şəkildə deyir və hətta bunu sübut edəcək səs yazılarının olduğunu bildirir.
Musavat.com mövzu ilə bağlı apardığı araşdırma zamanı generalın, həqiqətən, rüşvət iddialarına görə işdən çıxarıldığını dəqiqləşdirə bilib.
Əldə etdiyimiz məlumata görə, genaralın bu əməlinə hüquqi qiymət də veriləcək. Artıq səs yazısı və digər iddialarla bağlı araşdırma aparılır.
Mövzunu diqqətdə saxlayacağıq.

Oxşar xəbərlər

Ədliyyə Nazirliyinin idarə rəisi işdən qovuldu - Həbs edilə bilər...
İşdən çıxarılan məmur:"Dedi-qoduya uymasınlar"
“Hafka” generalla 100 minlik qalmaqaldan danışdı: "Bizim kiminlə problemimiz var ki?"
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
AzTV-yə 5 ay əvvəl təyin olunan müdir İŞDƏN ÇIXARILDI
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI
Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
Azərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı
Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi
Ədliyyə nazirindən məhkumlara psixoloji yardımla bağlı QƏRAR
Mətin Eynullayev Məmmədovu işdən çıxardı
12 icra məmuru cəzalandırılıb
Rövşanə işdən çıxarılması səbəblərindən danışdı
Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
Ədliyyə Akademiyasında elektron tədris platforması yaradılıb
Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Daha bir vəzifəli şəxs yaş həddinə görə işdən çıxarıldı - FOTO
Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Elmar Vəliyevin adamlarının həbsinin bəzi detalları məlum oldu — Fotolar
Lukaşenko bu səbəbə görə müəllimləri işdən çıxarır
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
AZAL-da təmizləmə əməliyyatı başladı