Rəşad Nəbiyevin adı QALMAQALDA... - Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib?
31-07-2021, 10:38
93

Rəşad Nəbiyevin adı QALMAQALDA... - Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib?

Bakıda fəaliyyət göstərən “B.T.İ. Ekspertiza” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 73 min 600 manat dəyərində 2 nəqliyyat vasitəsi saxta sənədlərlə ələ keçirilib. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, nəqliyyat vasitələri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin yaxın qohumlarının adına rəsmiləşdirilib.

MMC rəsmiləri baş vermiş oğurluqla bağlı baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Bakı prokuroru İlqar Abbasova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Qaradağ rayon prokuroruna şikayət ərizəsi ünvanlayıblar. Surəti “Yeni Müsavat”a təqdim olunan ərizədə mülkiyyətdə olan nəqliyyat vasitələrini saxta sənəd düzəldib təqdim etməklə, vəzifə saxtakarlığı əsasında dələduzluq yolu ilə əmlakı mənimsəyən cinayətkar dəstənin ifşa edilməsi və cəzalandırılması istənilir.

“Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı və “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitələri təmsil etdiyim “B.T.İ.Ekspertiza” MMC-nin xüsusi mülkiyyətində olub. “Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Emil Elşən oğlu Babayevə idarə edilməsi məqsədi ilə; “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə Tərlan Yusif oğlu Məmmədova idarə edilməsi məqsədi ilə verilib.

Bu yaxınlarda sürücülərdən nəqliyyat vasitələri geri tələb edildikdə Elxan adlı şəxsin vasitəsi ilə nəqliyyat vasitələrinin özgəninkiləşdirildiyi məlum olub. “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı dəyişdirilərək Az 90 OM 066 nömrə nişanı verilərək tanımadığımız Lamiyə Nəbiyevanın adına, “Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nömrə nişanı dəyişdirilərək Az 10 XL 363 nömrə nişanı verilməklə Rəşad Bayramov adlı şəxsin mülkiyyətinə verilib.

Araşdırma apardıqda məlum oldu ki, Baş Dövlət Yol Polisinə Yol Polisinin 1-ci mərtəbəsinin 7-ci otağında vəzifə səlahiyyətlərini icra edən Seymur adlı əməkdaşa təqdim edilən MMC-nin adından məktub və etibarnamə saxtalaşdırılıb. Belə ki, təqdim edilən məktub və etibarnamədə möhür və imza MMC-nin Direktoruna məxsus deyil, bundan əlavə qeyd edilən əlaqə nömrələri də MMC-ə heç bir aidiyyatı yoxdur. Nəticə etibarı ilə bir qrup şəxslər tərəfindən “B.T.İ.Ekspertiza” MMC-ə 29 iyul 2020-ci il tarixdə əldə edilmiş “Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 42 min 600 manat dəyərində və “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 31 min manat dəyərində, ümumilikdə 73 min 600 manat dəyərində ziyan vurulub. Hesab edirik ki, istintaq araşdırması aparılsa, cinayətkar şəbəkə üzvlərinin saylarının artması istisna deyil.

Göstərilənlərə əsasən Sizdən xahiş edirik ki, “B.T.İ Ekspertiza” MMCy-ə vurulmuş 73 min 600 manat ziyanın ödənilməsi və cinayətkar şəbəkənin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülsün".
“Yeni Müsavat”

Oxşar xəbərlər

Nazir Ramin Quluzadənin qaynını işdən çıxardı
Nazir müavini çalışdığı qurumda qardaşına yüksək vəzifə verib
“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi
Nazir özünə yeni müşavir təyin etdi - FOTO
Nazir Baş direktoru işdən çıxardı
Yeni nazirdən TƏYİNAT
Rəşad Nəbiyevdən yeni TƏYİNATLAR
Prezident nazir və nazir müavinlərinə yeni vəzifə verdi - SƏRƏNCAM
Nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə görüşdü - FOTO
Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib
Düşmən əks-təbliğat üçün məlumat əldə eləməyə çalışır - XƏBƏRDARLIQ
"Aztelekom"a rəhbərlik bu şəxsə həvalə olundu
Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir - Xəbərdarlıq
Vətəndaşlara yenə saxta mesaj göndərilir - Xəbərdarlıq
Nazirlik adından vətəndaşlara saxta məktublar göndərilir
Ramiz Mehdiyevin qohumu işdən çıxarıldı
Tural Müseyibovun yerinə YENİ TƏYİNAT
Azad olunmuş ərazilərə avtobus marşrutu nə vaxt olacaq?
“WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir - NRYTN
Ermənistanda Polad Həşimovun adına rayon olması ilə bağlı - AÇIQLAMA
Yeni nazir nələr edəcək? – Rabitə problemləri…
İnternetin məhdudlaşdırılması aradan qalxır? - AÇIQLAMA
Bakı sakini saxta pulla saxlanıldı
Avtomobil örtüklərinə dair yeni qayda HAZIRLANACAQ
İcazəsi olmayan 1050 sürücü postlarda saxlanılıb
Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu
Gündəlik Bakı qəzetinin Şirvan şəhərində qaldırdığı məsələyə dərhal reaksiya verildi
Bakıda şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edildi
Polis saxta pul çap edənləri yaxalayıb