Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı
31-07-2021, 11:55
65

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.
Respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.
 

Oxşar xəbərlər

Həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdı
Hərbi xidmətə çağırışla bağlı açıqlama
Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Hərbi xidmətə çağırış BAŞLADI
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Bu gündən əsgərlərimiz evə buraxılır
Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Dövlət Xidməti çağırışçılara müraciət etdi
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər
Səfərbərlik Xidməti məlumat YAYDI
“Hərbi xidmətə göndərəcək uşağımız yoxdur" - Erməni valideynlər
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
Ehtiyata buraxılan hərbçilər yola salındı
Hərbi qulluqçular bu tarixlərdə tərxis ediləcək
Ermənistan Qarabağa əsgər göndərməkdən imtina etdi
Bakıda marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş
Azərbaycanda ordudan tərxis başladı