Əli Mirəliyev “yeddi“si çıxmadan Səməd Səmədovu təhqir etdi: “Azərbaycan dilində danışanda ağzına gələni çərənləyirdi“
31-07-2021, 12:00
83

Əli Mirəliyev “yeddi“si çıxmadan Səməd Səmədovu təhqir etdi: “Azərbaycan dilində danışanda ağzına gələni çərənləyirdi“

“Azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!”
Bu sözləri Yenisabah.az-a müğənni Əli Mirəliyev mərhim Xalq artisti Səməd Səmədovdan danışarkən deyib.
Uzun illər mərhum sənətçi ilə dostluq edən Mirəliyev onunla bağlı xatirələrini bölüşüb:
“Səməd heç azərbaycanca danışa bilmirdi, mən onu azərbaycanca danışdırdım, oxutdurdum. Deyirdim, oxuya bilmirsən öyrən. Heyvan yerinə “hayvan” deyirsən. “Sevgili canan” oxumaqdansa, “Sevgili cana” oxuyurdu. Deyəndə deyirdi fərqi nədir? Deyirdim, dəlisən, çox fərqi var. Belə şeyləri var idi. Ondan soruşurdular ki, Azərbaycanın himnini kim yazıb? Deyirdi bilmirəm. Ay bədbəxt, sən Azərbaycan vətəndaşısan ən azından bunu bilməlisən axı. Belə şeyləri bilmirdi, o bilmədikləri də sonda ora gətirib çıxardı ki, populyar oldu, amma əsl oxuyan ola bilmədi. Heç vaxt da ola bilməyəcəkdi, çünki Azərbaycan musiqisinin kökünü, sözlərinin mənasını bilmirdi”.
İfaçı vaxtilə S.Səmədovu ana dilində danışmağa məcbur etdiyini deyib:
“Səmədlə bağlı toyların birindən gülməli xatirəm var: Bir dəfə məclisin birinə qonaq gəlmişdi, tanınmış cərrah idi. Səməd də həmin toyda “tamada” idi, dedilər ki, bu cərrah hörmətli qonaqdır, ona söz ver. Səməd də birdən qayıtdı ki, “Məclisimizdə gözəl həkimimiz, cəlladımız var, istəyirəm o da gəlib xeyir-dua versin…” Cərrah dedi “Bu saat onu öldürəcəyəm”. (gülür)
Biz 50 il Səmədlə bir-birimizin yanında olmuşuq, o qədər belə hadisələr olub ki… Danışırdı, amma mənasını bilmirdi. Mən də qoymurdum rusca danışsın, deyirdim bura Rusiya deyil. Mənim qorxumdan güc-bəla ilə ana dilində danışırdı, amma bacarmırdı, azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!”
Xatırladaq ki, Səməd Səmədov iyulun 24-də gecə saatlarında dünyasını dəyişib.

Oxşar xəbərlər

“Səmədin üzünə gülənlər onun dəfninə gəlmədilər“ - Qalmaqal
"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
"Habil müəllim deyirdi ki, öləndə kamançanı Ədalətə verəcəm, amma Ədalət ondan qabaq öldü"
Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilini bilməlisən” - FOTO
“Bu gün mənim yox, Ağdamın doğum günüdür“ - Əli Mirəliyev
Əli Mirəliyevdən qalmaqallı sözlər: “Bir dəfə də maska taxmamışam...“
“Ürəyi partladı, dözmədi” - Röya
“Müğənnilərimiz Moskvada min oyundan çıxırlar“ - Əli Mirəliyev
Səməd Səmədovun nəvəsi: “Arzulayırdım ki, toyumda iştirak edəsən”
“Mən müğənni deyiləm, müğənnilərin qənimiyəm“ Əli Mirəliyev
Səməd Səmədov toy sahiblərini aldadıb - VİDEO
Səməd Səmədovun bacısı və baldızı koronavirusdan vəfat edib
"Toylar bərpa olunmayacaq" - Xalq artisti
Aygün Brilliantı paylaşıb “Allah rəhmət eləsin” yazdı - Video
Mətanət İsgəndərli çətin günlərindən danışdı: “Qorxumdan oğlumu evə qoymurdum, ürəyim partlayırdı, deyirdim ki, necə dözəcəm?”
“Oxumağınız da başınıza dəysin, heç olmasa qanuna riayət edin...”
Tanınmışlardan Nazpəri Dostəliyevaya dəstək: “Sözüm bitib, dilim quruyub“
“Kim pisdirsə, koronavirus onları dənləyib apardı“ - Əli Mirəliyev
Xalq artisti Rəqsanə və əkizlərə səsləndi: "Sənəti tapdalamayın"
Xalq artistinin ölümü müzakirə yaratdı - TƏBİB-dən açıqlama
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
“Kül sənin müğənni təpənə!“ - “Gedib peraşki satsınlar...“
"Elə tanınmış müğənni var ki, onun da imkanı yoxdu"
Xudayar anasına deyirmiş ki, müharibə bitəndən sonra özüm... - Video
Afaq Aslan Lotu Qulidən danışdı: “Ağırdır...”
Xərçəngdən əməliyyat olunan Ağadadaş Ağayevin vəziyyəti necədir? - “Zəng etmişdi...“
Xaricdə evi olan azərbaycanlı məşhurlar - SİYAHI
"Nigarın yerinə mən olmalı idim" - Samirə
Nailə İslamzadə Xalq artistindən yazdı: “Gözəl qadınların bəxti olmur“
“Şuşada məndən soruşurdular ki, ”Nə edək?“, deyirdim “Qaçın!” - Ohanyan