Məhərrəm ayında toy etmək olar? - Şeyxin müavinindən açıqlama
31-07-2021, 12:04
63

Məhərrəm ayında toy etmək olar? - Şeyxin müavinindən açıqlama

Qarşıdan Məhərrəm ayı gəlir. Ənənəyə uyğun olaraq Məhərrəm ayında Azərbaycanda toylar keçirilmir. 2 ilə yaxındır ki, ölkədə karantin rejiminin tətbiq olunduğunu nəzərə alsaq, mürəkkəb vəziyyət yaranır. Məhərrəmlikdə toylarla bağlı daxili qadağa bu il də davam edəcəkmi? Yoxsa, insanlar karantin rejiminin yumşaldılmasından yararlanıb toy mərasimlərini yenə davam etdirəcəklər?
Ümumiyyətlə, Məhərrəm ayında toy etmək olarmı? Qarşıdakı dövrdə toy etmək üçün şadlıq saraylarına müraciət edənlər varmı?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Məhərrəm ayında ənənəvi olaraq əhalinin toy etmədiyini söyləyib:
“Məhərrəm və Səfər ayında əhali bilir ki, toy etmək olmaz. Bunu anlayan insanlar toylarını təxirə salıb, başqa aylar da edirlər. Toy və evlənmək anlayışı bir-birindən fərqlidir. İnsan istənilən vaxt evlənə bilər. Bir kişi və qadının evlənməsi Məhərrəm və Səfər ayına da təsadüf edə bilər. Lakin toy ola bilməz. Çünki toyda çalğı, musiqi, şənlik anlayışı var”.
Din xadiminin sözlərinə görə, Məhərrəm ayında Peyğəmbər və onun ailəsinə, istəkli nəvəsi İmam Hüseynə qarşı Əməvi xəlifəsi Yezid tərəfindən soyqırım edilib:
“Peyğəmbərin özünə və ailə üzvlərinə şiddət, təcüvüz göstərilib. Onlar əsir alınıb, öldürülüb. Xalqımızın bu hadisələrlə bağlı məlumatı var. Onlar Peyğəmbərimizi sevdikləri üçün bu aya fərqli yanaşırlar. Bu səbəbdən də toy etmirlər. Lakin evlənmək istəyən adam kəbin kəsərək, xanımına sahib ola bilər. Onun heç bir məhdudiyyəti yoxdur. Səfər ayında da bir neçə imamımız vəfat edib. İnsanlar da ehtiram olaraq, bu baxımdan nə Səfər, nə də Məhərrəm ayında toy edirlər”.
“Çıraq Palas” şadlıq evindən saytımıza bildirdilər ki, Məhərrəm ayında toy etmək üçün bu günə kimi onlara müraciət edən olmayıb. 
Qarşıdakı dövrdə “İnci” Saraya da toy üçün müraciət olunmayıb. 
“Royal” Saraydan da eyni cavabı aldıq: "Məhərrəm ayı üçün heç bir sifarişimiz yoxdur".
“Gilavar” Saraydən isə bildirdilər ki, hətta Məhərrəm ayında toy etmək istəyən olsa belə, bu mümkün olmayacaq. Çünki həmin vaxt sözügedən şadlıq sarayının qapıları bağlı olacaq.

Oxşar xəbərlər

Məhərrəm ayının daxil olacağı tarix bəlli oldu
Bu gün Məhərrəm ayı başlayıb
Bu gün Aşuradır
Azərbaycanda din xadimi həbs edildi
Məhərrəmlik ayında toy etmək olar? - İlahiyyatçı "hə" dedi, restoranlara müraciət varmı...
Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Restoranlar bağlanır?-Bu da açıqlama
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
Restoranlar bağlanır?-Bu da açıqlama
Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: “Özünüzü təhlükəyə atmayın!!!”
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
Şəhid jurnalistlər təltif EDİLDİ
Qazaxın bərbad gündə olan küçələri - Vətəndaşlar beziblər artıq FOTO
Yanvar ayında da 190 manat veriləcək?
Tanınmış rejissor vəfat etdi
“Fosfor  Məhərrəm”in  şərəfsiz oğlu-    “Kundərə Ramiz”in atası niyə  xortladı ?
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Vəziyyət çox pisləşə bilər... - Koronavirus xəbərdarlığı
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
"Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
Baş Prokurorluqdan Yasamaldakı intiharla bağlı AÇIQLAMA
Hacı Məhərrəmin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Şadlıq sarayları toya hazırlaşır - Pandemiyadan sonrakı QİYMƏTLƏR
Məşhur iş adamı Range-Roverlə 4 nəfəri vurub öldürən kürəkəni haqda DANIŞDI: - “O, içən adam deyil, maşın sürmür”
Şadlıq evlərində bu aylar üçün yer yoxdur - Azərbaycanda TOYLARA İCAZƏ
Karantin rejimi ilə bağlı açıqlama: “İyun ayına qədər...”
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA