Azərbaycan XİN-dən Ermənistan XİN-ə CAVAB
31-07-2021, 12:23
56

Azərbaycan XİN-dən Ermənistan XİN-ə CAVAB

"Ermənistan XİN-in 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir. 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə yox deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir".
Bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
"Deeskalasiya istəyən ölkə nədən sərhəd boyu Azərbaycan mövqelərini davamlı atəşə tutur? Niyə sərhəd məsələsinin dialoq yolu ilə həlli çağırışlarına qarşılıq vermir?!
Cavabı bizə bəllidir, çünki Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir. Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bölgədə sülhün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. Dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında təmin oluna bilər. Azərbaycan artıq 30 ildir ki, bu mövqeyi bəyan edir və onu rəhbər tutur", - XİN rəsmisi vurğulayıb.
 

Oxşar xəbərlər

Azərbaycan XİN-dən Ermənistanın ittihamlarına REAKSİYA
"Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə çağırırıq" - XİN
“Bu iddialar tamamilə əsassızdır” - Rəsmi Bakıdan Ermənistana CAVAB
Rəsmi Bakıdan Hindistana CAVAB
Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib - RƏSMİ AÇIQLAMA
Ombudsmandan sərhəddəki gərginliklə bağlı AÇIQLAMA
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
Ermənistan hərbçiləri Azərbaycan ərazisinə DAXİL OLDU - RƏSMİ
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı
Azərbaycan XİN Ermənistana cavab verdi
Ceyhun Bayramov estoniyalı həmkarı ilə son vəziyyətdən danışdı
Prezident Şefik Caferoviçə təşəkkür etdi
XİN-dən Ermənistanın mövqelərimizi atəşə tutması ilə bağlı AÇIQLAMA
XİN-dən Ermənistanın yalanıyla bağlı AÇIQLAMA
Azərbaycan XİN Ermənistana cavab verdi
XİN-dən ATƏT-in Minsk qrupunun həmsədrlərinə CAVAB
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
DSX-dan Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı açıqlama
Rəsmi Bakıdan bəzi avropalı parlamentarilərin qətnamələrinə CAVAB
Azərbaycan XİN-dən Ermənistana CAVAB
Erməni təcavüzü Kolumbiya mətbuatında
Ermənistanla sərhəddə son vəziyyət: “Cermukdan 12 kilometr məsafədədir”
Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır - Müdafiə Nazirliyi
“Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir” - XİN
"Ermənistan dövlətlərarası münasibətlərin həllini ləngidir" - Səfir
Kolumbiya Senatından Azərbaycana DƏSTƏK
"Sərhəd məsələsinin şişirdilməsi yolverilməzdir” - Ceyhun Bayramov
“Hər şey plan üzrə gedir” - İlham Əliyev