“Kəramət Böyükçöllə ciddi danışmalıyıq” - Mirşahin qəzəbləndi
17-08-2020, 11:02
142

“Kəramət Böyükçöllə ciddi danışmalıyıq” - Mirşahin qəzəbləndi

“Bu gün təhlükəli tendensiyalar yaranır. Fərqli görünmək təşəbbüsü belə cinayətə yaxınlaşmış ola bilirik. Məsələn istedadlı yazıçı, həmişə fərqlənməyə çalışan, amma artıq bunu edərkən təhlükəlicəsinə ifrata varan, müqəddəs prinsiplərə, ali dəyərlərə, keçilməməli xətlərə toxunan Kəramət Böyükçöllə, məncə, ciddi danışmalıyıq”.
Gündəlik Bakının xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
M.Ağayev qeyd edib ki, Kəramət Böyükçölün düşüncələri antivətən, anti dövlət xəttinə yaxınlaşıb:
“Yazıçı Kəramət Böyükçöl deyir: "Bax, balaca uşaqdır, barış. Mən məsəlçün bir bu cür zülümlə, əziyyətlə övlad böyüdürük, sevirik və gəlir, gəlir 18 yaşına çatanda məlum olur ki, sən demə bunun vətənə borcu varmış... Bəs yaxşı bunun vətənə borcu varsa, bəs vətənin, dövlətin buna borcu yoxdumu?”
Bu parçanı niyə təqdim etdim? Sıradan birinə bəlkə də vaxt ayırmazdım. Ölkənin, dövlətin, xalqın ən ciddi problem və qayğılarının müzakirə olunduğu bir layihədə yəqin ki, bu barədə danışmamaq da olardı. Amma danışdım mən. Bilirsiniz niyə? Bu adam yazıçıdır. İstedadlı yazıçıdır. Kitablarını paylayır, satır, insanların beyninə öz məhsullarını ən müxtəlif üsullarla yeridir, təqdim edir. Və bununla da həmfikirlər, onunla eyni mövqeyi bölüşənlər yaradır. Onlar Kəramət kimi birini mahiyyətcə kim olduğunu, nə olduğunu özünün məxsus olduğu dəyərlərin əslində nələrdən ibarət olduğunu bilmədən Kəramətkimiləşirlər.
Bu gün, düşmənlə üz-üzə olan Azərbaycanda. Bəlkə də dövlət müstəqilliyinin ən həlledici çağlarında. Belə bir vaxtda dövlətin ən əsas mənəvi institutuna-vətəni qorumaq borcuna qarşı çıxmaq xəyanətə bərabər tutula bilər. Görünür biz əsgər borcunun heç ən ibtidai səviyyədə belə mənasını başa sala bilməmişik.
Adam anlamır ki, biz vətəni qorumaq borcunu özgəsini qorumaq borcu kimi yox, öz ana, bacı və övladımızı qorumaq borcu kimi yerinə yetiririk. Amma  bu borcu öz həyətimizdə, alaqapımızda, küçəmizdə əli çomaqla, yanı itlə dayanmaqla yox, daha uzaqda sərhəddə əli silahlı şəkildə terinə yetiririk. Obrazlı desək, hündür, uca bir yerə çıxırıq ki, ordan hər yerə baxa, nəzarət edə bilək. Kəramət kimi maraqlı görünmək məqsədilə dövlətə, xalqa zərərli ideologiya aşılayanların ən ciddi müayinəyə, qınağa, hətta bəlkə də xüsusi şəraitdə mənəviyenidənqurulmağa ehtiyacı var”. 

Oxşar xəbərlər

"Səhər, günorta, axşam - həmişə içir" - Kəramətin atası
Murad Köhnəqala da saxlanılıb
Mirşahin Ağayev koronavirusa yoluxub
Yazıçı: “Keçmiş arvadlarıma demişəm, toyunuza məni də çağırın"
"Şəkillərdə sənə yaxın durmaq üçün yekə-yekə kişilər bir-birlərinin belinə çıxırdılar..."
Röya Mirşahinə təşəkkür etdi
Kitabını özü satan yazarlar: - “Onlar Məhəmməd Hadidən artıq deyillər”
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Bu ölkənin dövlət borcu rekord rəqəmlərə çatıb
Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur”
Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır
“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert
"Özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarır və..."
“Bu şəhərdə”də bu dəfə Mirşahini parodiya edildi - FOTO
Pir bizimdirsə, kəramətlərinə də bələd olmalı deyildikmi? - Cəmaləddin Quliyev
Manaf Ağayev Buzovnadakı dəbdəbəli villasını nümayiş etdirdi - FOTO
“Prezident belə biabırçılığa dözən adam deyil”
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Milli Məclisin İşlər müdiri xəstəxanaya yerləşdirildi - FOTO
“Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır” - İlham Əliyev
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...
İran ABŞ qarşısında şərt qoydu - Zərif açıqladı
Maşallah Əhmədov DTX-yə çağırılıb? - AÇIQLAMA
Ekspert: "Karantinin daha 15 gün və ya 1 ay uzadılması..."
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
Millət vəkilinin biznes imperiyası böyüyür