“Jirinovski və onun kimilər terrorçu missiyasını həyata keçirirlər” - DEPUTAT ŞƏRH ETDİ
1-08-2021, 12:18
81

“Jirinovski və onun kimilər terrorçu missiyasını həyata keçirirlər” - DEPUTAT ŞƏRH ETDİ

“Bu bir həqiqətdir ki, Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq münasibətləridir. Bu münasibətlər strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə Azərbaycan və Rusiyanın maraqları üst-üstə düşür. Xüsusilə qeyd etmək istəyirdim ki, bu siyasəti Ulu Öndər Heydər Əliyev müəyyən edib və həmin siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir”. Bu sözləri Gundelik-baku.com-a açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaları Azərbaycan qoşulmayıb və bunun hər zaman əleyhinə olub: “Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müstəqil milli maraqlara söykənən xarici siyasət kursu sayəsində Azərbaycanın həm ABŞ ilə, həm də Rusiya ilə strateji, tərəfdaşlıq münasibətləri var. Bu gün Moskvada çox gözəl dərk edirlər ki, Azərbaycanın rəsmi Vaşinqtonla münasibətləri strateji tərəfdaşlıq xarakteri kəsb edirsə, bu heç bir halda Rusiyanın əleyhinə yönəlməyib. Eyni zamanda ABŞ da çox gözəl bilirlər ki, Azərbaycan Prezidentinin Rusiya ilə münasibətləri heç bir halda Vaşinqtonu, ABŞ-ı hədəfə almayıb. Bu səbəbdən də ABŞ və NATO-nun ali hərbi rəhbərliyi ilə Rusiyanın ali hərbi rəhbərliyi dəfələrlə Azərbaycan paytaxtında görüşlər keçirilib. Dünyanı narahat edən ən qlobal, ən mürəkkəb məsələləri məhz Azərbaycanın paytaxtında görüşlər keçirməklə həll etməyə çalışıblar. Bütün bunlar onun sayəsində baş verir ki, Azərbaycan dövləti, onun ali, siyasi rəhbərliyi çox düzgün bir siyasət həyata keçirir, milli maraqlara söykənən siyasət həyata keçirir. Eyni zamanda strateji maraqlarını nəzərə alan bərabərhüquqlu bir siyasəti reallaşdırır. Təəssüf ki, bu gün Rusiyada liberal demokrat partiyasının rəhbəri Vladimir Jirinovskinin timsalında Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və perpektivlərinə çox ciddi xələl gətirən, ona kölgə salan, münasibətlərin strateji xarakterini korlamağa çalışan bir siyasi təlxək mövcuddur. Onun bütün fəaliyyəti ilk növbədə Rusiyanın imperalist maraqlarını daşıdığı ideyasını təbliğ etməyə, Rusiya Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqazı öz təsir zonasında saxlamağa yönəlib. Əslində Jirinovski və onun kimilər terrorçu missiyasını həyata keçirirlər. Onu da nəzərə almaq lazımdır ki, Jirinovski kimi ağıldan kəm insanlar öz davranışları ilə təkcə hədəf seçdiyi ölkələr üçün təhlükə yaratmır, eyni zamanda Rusiyanın milli maraqların ziddinə fəaliyyət göstərir. Rusiyanın tanınmış siyasətçilərini, partiya rəhbərlərini, ziyalılarını, dövlət xadimlərini təhqir edir. Tanınmış musiqiçilərini ələ salır, əxlaqdan və mənəviyyatdan uzaq ifadələr işlətməklə sözün həqiqi mənasında özünü siyasi təlxək kimi aparır. Onun bu cür davranışları onu göstərir ki, onun çox ciddi psixoloji problemləri var və belə bir insanın Rusiyanın siyasi səhnəsində olması Rusiyanın dünyadakı nüfuzuna çox böyük xələl yetirir. Təkcə dünya ictimaiyyəti deyil, Rusiya ictimaiyyəti də Jirinovskinin əslində ağıldan kəm birisi kimi qəbul edir. Onun çox zaman işlətdiyi ifadələri gülür və ələ salır. Hesab edirlər ki, Jirinovskinin mövcudluğu Rusiya siyasəti üçün böyük bir ləkədir”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Jirinovski və onun kimilərin Azərbaycana münasibətdə belə aqressiv mövqedə dayanmasını şərtləndirən əsas amillərdən biri də onunla bağlıdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlə ordumuz 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdı: “Ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu addımı ilə, bu tarixi zəfərə imza atması ilə təkcə Azərbaycan tarixinə deyil, əslində dünya tarixinə öz adını əbədi həkk etdi. Dünya siyasətinin künc bucağında olan Jirinovskilər kimilər isə heç bir halda bunu həzm edə bilmirlər ki, necə ola bilər ki, elə də böyük olmayan Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında belə tarixi zəfərə imza atdı. Heç bir halda həzm edə bilmirlər ki, bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olan ərazilərin bərpası işlərini, yenidən qurulması uğurla həyata keçirməkdədir. Qarabağı cənnət diyarına çevirmək istəyir, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtına çevirib və bu gün Azərbaycan konkret hədəfləri olan bir dövlətdir. Azərbaycanın çox böyük inkişaf perpektivləri var. Yaxın gələcəkdə Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olmağı hədəf seçmiş bir dövlətdir və bu istiqamətdə çox ciddi addımlar atılır. Bu addımlar Jirinovski və onun kimilərin yuxusuna haram qatır. Onlar hər zaman narahatdırlar. Elə bu səbəbdən də onlar gecə-gündüz Azərbaycana qarşı yalanlar, iftiralar irəli sürürlər. Hədələyici bəyanatlar verirlər. Amma bunlar keçməz. O səbəbdən ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq tarix yazmış bir şəxsiyyətdir və arxasında birmənalı şəkildə xalqı dayanır. O liderlər zəifdir ki, arxasında xalqı dayanmayıb. Xalq və prezident bir-birindən uzaq düşəndə həmin dövlətlərdə çevrilişlər keçirmək rahat olur. Həmin dövlətlərdə liderləri hakimiyyətdən salmaq da rahat olur. Həmin dövlətlərdə vətəndaş müharibəsini həyata keçirmək su içmək kimi asan olur. Amma bu halların Azərbaycanda baş verməsi qeyri-mümkündür. Xalqımız cənab Prezidentin ətrafında monalit birlik nümayiş etdirir. Jirinovski və onun kimilərin əsl niyyətini çox gözəl bilir və nə qədər də Jirinovski və onun əlaltıları Azərbaycana qarşı dil uzadacaqlar həmin dili də xalqımız kəsəcək. İmkan verməyəcək ki, bizim göz bəbəyi kimi qoruduğumuz ictimai-siyasi sabitlik pozulsun. Buna heç bir zaman xalqımız imkan verməz. Çünki ortada ölkə Prezidentinin siyasi iradəsi, Azərbaycan xalqının monalit birliyi var. Ən başlıcası isə qarşı tərəfin nəticə çıxartmayacağı təqdirdə cənab Prezidentin artıq bizim gücümüzün və iradəmizin simvoluna çevrilmiş dəmir yumruğu var. Bunu Jirinovski və onun kimilər heç bir zaman yadından çıxartmasınlar”.

Oxşar xəbərlər

Elman Nəsirov: “Bunun konkret bəhrələrini görmüşük, ötən il Vətən müharibəsi bunu tamamilə sübut elədi”
Deputat: "Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır"
Avropa İttifaqı Şurasının Prezidenti “Dağlıq Qarabağ” ifadəsindən nə üçün istifadə etmədi? – Deputat səbəbini AÇIQLADI
“Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası dövlətimizin mövqelərini kifayət qədər gücləndirib” - RƏY
Polad Bülbüloğlunun Qarabağ açıqlamasına hökumətdən SƏRT REAKSİYA
İlham Əliyev Ərdoğana təşəkkür etdi
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Qoy indi Kanada düşünsün ki... - Politoloq
İlham Əliyev Putinə zəng etdi
Putin Mehriban Əliyevanı təbrik etdi
İlham Əliyev Moskvada səfərdədir
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
İlham Əliyevlə Paşinyan Moskvada görüşə bilər - KİV anons etdi
Rusiya Azərbaycandan nə istəyir? – “Putin köhnə “çekist” olaraq bunları anlayır”
"Həmişə Azərbaycanın haqq işində onun yanında olmuşuq və bundan sonra da belə olacaq" - Pakistan prezidenti
İlham Əliyev Baş naziri təbrik etdi
"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq" - Ağalar Vəliyev
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib
"Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək" - Ərdoğan
Rəsmi Bakı rusiyalı deputatı "qara siyahı"ya saldı
Kamran Əliyev Türkiyənin Ali Məhkəməsinin Baş Prokuroru ilə görüşdü
Azərbaycan tarixinin ən parlaq mərhələsini yaşayır
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Salome Zurabişvili İlham Əliyevi təbrik etdi
Zakir Həsənovdan Azərbaycan ordusuna TƏBRİK
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
"Zəngəzur dəhlizi"nin açılması Ermənistana hava-su kimi lazımdır" - RƏY
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"