Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı bölgədə PKK/YPG terror təşkilatının səkkiz üzvü ələ keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumatda “Zeytun budağı” bölgəsində daha 8 terrorçunun xain planlarını həyata keçirməzdən əvvəl saxlanıldığı, Türkiyə sərhədlərinin, eləcə də Suriya xalqının təhlükəsizliyinin təmini istiqamətində antiterror əməliyyatlarının davam etdiriləcəyi vurğulanır. (AzərTac)