Eldar Həsənovun vəziyyəti pisləşdi: DTX-nin Hospitalına köçürüldü
2-08-2021, 16:18
44

Eldar Həsənovun vəziyyəti pisləşdi: DTX-nin Hospitalına köçürüldü

Sabiq baş prokuror və səfir, DTX təcridxanasında olan Eldar Həsənov bu gün yenidən DTX-nın Hərbi Hospitalına köçürülüb.
 Axar.az xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, buna səbəb 31 iyulda Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında Eldar Həsənov istintaq hərəkəti zamanı növbəti başgicələnməsi isə yıxılması olub:
“Şənbə və bazar günü təcridxanada tibb personalı olmadığından ona dərhal yardım göstərilə bilmədi. Bu gün Eldar Həsənov yenidən DTX-nın Hərbi Hospitalına köçürüldü. Onda aşkar olunan paroksizmal pozision vertiqonun əslində müalicəsi yoxdur, profilaktikası vardır və həbs şəraitində bu mümkün deyil. Ömürlük xəstəlikdir, daimi başgicələnmələr olacaq”.
C.Cavadov bütün bunları və müvəkkilinin 66 yaşının olmasını nəzərə alaraq, Baş prokurordan Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığına buraxılması üçün təcili məhkəməyə təqdimat verilməsini xahiş edib. 

Oxşar xəbərlər

Eldar Həsənov əməliyyat olundu
Eldar Həsənov DTX-nin hospitalına köçürüldü
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Eldar Həsənovun ayaqları tutulub
Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir
Eldar Həsənov özünə yeni vəkil tutdu
Apellyasiya Məhkəməsi Eldar Həsənovla bağlı qərar verdi
Eldar Həsənovdan SENSASİON AÇIQLAMA
Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı etdi (FOTO)
Eldar Həsənovun həbs müddəti UZADILDI
Eldar Həsənov bu gün əməliyyat olunacaq
Baş Prokurorluqdan Eldar Həsənovla bağlı AÇIQLAMA
Eldar Həsənovun vəkillərindən Prezidentə MÜRACİƏT
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Eldar Həsənov apellyasiya şikayəti verib
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Eldar Həsənovun necə saxlandığı açıqlandı
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”
Bakı “BT”nin keçmiş rəis müavini HƏBS EDİLDİ
Eldar İbrahimovun 25 milyonluq oteli ÜZƏ ÇIXDI - FOTOLAR
Eldar Həsənovun şəriki də həbs edildi
Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti ilə bağlı AÇIQLAMA
Eldar Əzizovun bu hərəkəti tənqidə səbəb OLDU - FOTOLAR
Eldar Abbasov döyülərək öldürüldü
Eldar Həsənov səfir vəzifəsindən
Keçmiş polis rəisi koronavirusdan öldü