DİN-dən polisi döyən deputatla bağlı AÇIQLAMA
2-08-2021, 17:23
63

DİN-dən polisi döyən deputatla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cəmiyyətdə Milli Məclisin deputatı Eldəniz Səlimovun xüsusi karantin rejimi qaydalarını pozaraq polis əməkdaşları ilə münaqişə yaratmasının birmənalı qarşılanmadığını bildirib.
O xatırladıb ki, Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbləri, dövlət başçısının aidiyyəti fərmanları, Nazirlər Kabinetinin qərarları rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir və cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur. Bu məsələyə fərqli yanaşma yaxud hər hansı istisna yoxdur.
Eyni zamanda, xüsusi karantin rejiminə nəzarət və digər sahələrdə xidməti vəzifələri lazımi səviyyədə yerinə yetirməyən əməkdaşlar barəsində Nazirlik tərəfindən araşdırma aparılaraq zəruri tədbirlər görülür və mülki vətəndaşlar kimi polis əməkdaşları da qanun qarşısında məsuliyyət daşıyırlar. Ümumən qanunu pozan polis əməkdaşı olsa belə, törətdiyi əməlin tərkib əlamətləri cinayətdirsə, o, məsuliyyətdən kənarda qalmır. Xidmətdə və fəaliyyətdə əsas prinsip qanunçuluq, vətəndaş məmnunluğunun təminatıdır.
Həmin hadisə ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluqda istintaq aparılır və sözsüz ki, nəticələri üzrə qanunauyğun qərar qəbul olunacaqdır.
- Müxtəlif iddialar səsləndirilir…
Bu məsələdə iddiaların olması gözləniləndir. Xüsusi karantin rejimi dövründə ictimai-iaşə müəssisələrinin fəaliyyət qaydası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilib və bu baxımdan DİN əməkdaşlarının həmin qaydaları pozan obyekti aşkarlaması, irad bildirməsi və tədbir görməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Qarşı tərəfin bu tələbə etinasız münasibət göstərərək münaqişə yaratması arzuolunmazdır.
İctimai mövqeyindən asılı olmayaraq, hər kəs həyat və sağlamlıqla əlaqəli bu həssas və riskli dövrdə daha məsuliyyətli olmalıdır.

Oxşar xəbərlər

Milli Məclis bu tarixdə polisi döyən deputatın məsələsinə baxacaq
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
DİN-dən icazəsiz rayonlara gedənlərə XƏBƏRDARLIQ
Bu gün 70 yaşı tamam olan general təqaüdə göndəriləcək
DİN toy və nişan məclisləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Sahibə Qafarovadan polisi döyən deputatla bağlı SƏRƏNCAM
Qusarda kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi
İntizam komissiyası polisi döyən deputatla bağlı QƏRAR VERDİ- YENİLƏNİB
Qusarda qanunsuz işləyən oyun zalı müəyyən edildi
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb
"Sparta" idman zalı qanunsuz işləyirmiş - FOTO
DİN-də yüksək vəzifəyə TƏYİNAT
Karantin qaydalarını pozan tibb işçisi saxlanılıb
Vilayət Eyvazovdan Vaqif Əsədovla bağlı əmr
Elşad Hacıyev təltif edildi
Yas mərasimi keçirənlər cərimələndi
Karantində idman zalı işlədən şəxs həbs edildi - FOTO
“Polis zibil atanlardan üzr istəməyib”
Qubada tibb işçisi COVID-19-a yoluxan qohumunu övladları ilə görüşdürdü
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Milli Məclis Eldəniz Səlimovun məsələsini müzakirə edir - YENİLƏNİB
Maştağa qəsəbəsində ad günü məclisi təşkil edən şəxslər aşkar edilib
Koronavirus xəstəsi mağazada saxlanıldı
Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Ağsuda karantin qaydalarını pozan kafe aşkar edilib
DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA
Postlardan 2315 maşın geri qaytarıld - 3 nəfər həbs olundu
Karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edildi
Karantini pozan daha bir çayxana aşkarlandı