“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist
17-08-2020, 12:21
66

“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist

Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirməyin maliyyələşdirilməsini təmin etmək barədə hökumətə tapşırıq verib. O, risk qruplarında əhalinin 75 faizə qədərini vaksinləşdirilməsini tələb edib.
Buna səbəb kimi payız fəslində qriplə koronavirusun simptomlarının bir-birindən ayırd edilməsi məqsədi güdülür. Qərbin və Ümumdünya Səhiyyə Təşkilatının bütün xəbərdarlıqlarına baxmayaraq Rusiya koronavirus vaksinini oktyabr ayında insanlara tətbiq etməyi düşünür. Hətta Putinin qızına artıq bu vaksinin vurulduğu iddia olunub. Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin ştatdankənar epidemioloqu Nikolay Briko isə şok iddia ilə çıxış edib. O bildirib ki, yalnız əhali arasında deyil, həkimlər arasında da vaksinasiyaya etibar azalıb.
Mərkəzi Gömrük Xəstəxanasının tanınmış həkimi, infeksionist Nicat Əzimli “Şərq”ə açıqlamasında ölkəmizdə mövsümqabağı influenza vaksinini etdirməkdə heç bir zərər görmədiyini bildirib: “Nəzərə alsaq ki, çox nadir hallarda bu vaksinin yan təsirləri ola bilir. Amma əhalinin qripə qarşı vaksinasiyası doğru addımdır. Burada könüllülük prinsipi əsas rol oynayır. Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz. Qaldı ki, “COVID-19” xəstəliyinə qarşı vaksini məsələsinə. Dünyada artıq 6 mərkəz bu vaksini tapıb və test etmə mərhələsindədir. Rusiya da hələ sadəcə testə başlayıb. Bu proses aylarla zaman tələb edir və sonda vaksin yararsız da ola bilər. Buna görə də Rusiyanın "vaksin tapdıq" deməkdə tələsdiyini düşünürəm. Rusiyanın hazırladığı bu vaksin kifayət qədər insan üzərində sınaqdan keçirilməyib. Bu mənə görə tələsik başlanılmış vaksinasiya prosesidir. Çünki Rusiyadakı vaksinasiya prosesi və ondan sonrakı ən azı 3 aylıq periodu müşahidə etmək, daha sonra bu vaksin haqda obyektiv qərar vermək lazımdır”.
Həkim-infeksionist vaksinin yan təsirlərindən də söhbət açıb: “Vaksinlərin növündən asılı olaraq, əgər vaksin parenteral üsulla tətbiq olunursa 60%-ə qədər ehtimalla inyeksiya yerində affekt, qızartı, şişkinlik, ağrı, qaşınma verə bilir. Sistemik əlamətlər olaraqsa bir neçə gün qızdırma, baş ağrısı, əzələ ağrıları, iştahasızlıq görülə bilər. Lakin, bu əlamətlər qorxulu deyil, nəticədə hamısı keçib gedir və fərdin xəstəliyə qarşı immuniteti formalaşmış olur. Vaksinasiya ilk öncə risk qrupunda olan şəxslərə tətbiq olunur. Bura yaşı, yanaşı xəstəliklərinin olması və işi ilə əlaqədar risk qrupunda olan şəxslər daxil olunur. Daha sonra əhalinin digər qismi vaksinasiya olunur”.

Oxşar xəbərlər

Azərbayan Rusiyanın vaksinini alsınmı?
Putin koronavirus səbəbiylə videokonfranslar keçirəcək
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb
Putin koronavirus peyvədinin qızına təsirindən danışdı
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
Putin koronavirusa görə karnatin vaxtını uzatdı
Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
ABŞ-da koronavirus üçün bu dərmanın istifadəsi təsdiq olundu
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Putindən ermənilərə “sürpriz”: Cəmi bir neçə saat...
Putin Mehriban Əliyevanı təbrik etdi
Putin Avropa İttifaqı Şurasının rəhbəri ilə danışıb
Soçidə Putinlə Ərdoğanın görüşü başladı
Putin Neyanyahu ilə danışdı
Dünyada koronavirus peyvəndlənməsinin başlayacağı tarix açıqlandı
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
İlham Əliyev Putinə zəng edib
ÜST qripə qarşı kütləvi peyvəndlənməyə çağırıb
“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist
Qonşu ölkədə vətəndaşlığın alınması qaydası sadələşdirildi
Bu gün 700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?
“Belarusa qoşun göndərməyə ehtiyac yoxdur” – Putin
Pambıq paltarlar koronavirusdan qoruyur? - Həkimdən açıqlama
Putin şoka düşüb: Bu günün Belarusu sentyabrın Rusiyasıdır
Ermənilərə şok: Anlayın, Putin İrəvana gəlmir, iclasa gəlir
"Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur" - Putin
Dağıstanda 3 tibb mərkəzi tikiləcək: Hökumət 2 milyard ayırdı