Faktiki hava şəraiti açıqlandı
17-08-2020, 13:10
210

Faktiki hava şəraiti açıqlandı

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağışın miqdarı Göygöldə 12, Gədəbəydə 10, Daşkəsəndə 9, Tərtərdə 8, Naftalanda 6, ŞahbuzAğdərədə 5, ŞərurAğdamAstaraBərdədə 4, Kişçay (Şəki), Zərdabda 3 m, Sədərək, Gəncə, Şamaxı, Mərəzə, BeyləqanYardımlıda 2, Naxçıvan, OrdubadŞəmkirŞəki, Quba, Qırız, GöyçaySabirabad, Cəfərxan, BiləsuvarLerik, Şahdağda 0-1 mm, Bakıda 6 mm (aylıq normanın 98 faizi) olub.
Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naftalanda 18 m/s, Neft Daşları stansiyasında 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Havanının temperaturu iqlim normasından 1 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30, aran rayonlarında 27-32, dağlıq rayonlarda 13-19, Naxçıvan MR-da 29-31 dərəcə isti olub.

Oxşar xəbərlər