Nazir iki yüksək vəzifəli işdən çıxardı
4-08-2021, 18:16
108

Nazir iki yüksək vəzifəli işdən çıxardı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev qurumun Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovu və Dövlət Avtomobil Nəqliyyat xidmətinin rəisi Həbib Həsənovu vəzifələrindən azad etməyə hazırlaşır.
Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, artıq hər iki qurum rəhbəri məzuniyyətə göndərilib. 
Dövlət Dəniz Agentliyinin direktor vəzifəsini qurumun direktor müavini Fərhad Məmmədova həvalə edilib. Bununla belə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis əvəzi funksiyasını isə yeni təyin olunan rəis müavini Anar Rzayev yerinə yetirir.
Xidmətin sabiq direktor müavini İbrahim Əliyevə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyində vəzifə verilib. 
Qeyd edək ki, Qüdrət Qurbanov İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub. 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.
Həbib Həsənov isə sabiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin 08 may 2017-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi.

Oxşar xəbərlər

Nazir Ziya Məmmədovun kadrını işdən çıxardı - FOTO
Tural Müseyibovun yerinə YENİ TƏYİNAT
Dövlət Agentliyinin sədr müavini işdən çıxdı
Nazir Ramin Quluzadənin qaynını işdən çıxardı
Nazir özünə yeni müşavir təyin etdi - FOTO
“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi
Yeni nazirdən TƏYİNAT
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
Prezident nazir və nazir müavinlərinə yeni vəzifə verdi - SƏRƏNCAM
Nazir müavini çalışdığı qurumda qardaşına yüksək vəzifə verib
Elmir Vəlizadə vəzifəsindən azad edildi
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Nazir onu vəzifəsindən azad etdi
Azad edilmiş ərazilərə avtobus reysləri açılacaq
Yeni nazir mətbuat katibini də işdən çıxardı
Nazir Baş direktoru işdən çıxardı
Nazirliyin yüksək vəzifəli şəxsi işdən çıxarıldı - YENİ TƏYİNAT
Azad olunmuş ərazilərə avtobus marşrutu nə vaxt olacaq?
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Ramin Quluzadə yeni vəzifəyə TƏYİN EDİLDİ - Belə deyirlər...
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi
Yeni Füzuli-Şuşa yolunun inşası nə vaxt tamamlanacaq? - Açıqlama
İlham Əliyev Rusiya ilə imzalanmış sazişi TƏSDİQLƏDİ
"BakuBus"a yeni direktor təyin edildi
Nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
Şəhidi təhqir edən mətbuat katibi işindən ayrıldı
“Azərpoçt” yeni rəhbər GƏTİRİLDİ
“Azərxalça” ASC-də yeni təyinat - FOTO