Avqust karantinin son ayı olacaq?
17-08-2020, 13:13
123

Avqust karantinin son ayı olacaq?

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı ölkə üzrə xüsusi karantin rejiminin 31 avqust saat 00:00-dək tətbiq olunması qərara alınıb.
Hazırda 13 şəhər və rayonda (BakıCəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, YevlaxAbşeronBərdəGoranboyGöygölXaçmazSalyan) tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi davam edir. Avqustun 5-i saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsiilə tərk etmək sistemi ləğv olunub.
Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi tətbiq olunan ərazilərdə açıq havada olan kafe və restoranların fəaliyyəti də bərpa olunub. Son vaxtlar koronavirusa yoluxma sayı və ölüm hadisələrində azalma müşahidə olunur. 16 avqustda isə ümumilikdə ölüm faktı qeydə alınmayıb.
Rəsmilər hələlik ölkənin epidemioloji durumunda stabilləşmə olduğunu qeyd edirlər.
Maraqlıdır, belə vəziyyətdə ölkədə elan olunan xüsusi karantin rejiminin daha da uzadılma ehtimalı varmı?
Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev Cebhe.info-ya bildirib ki, karantin rejiminin 31 avqustda bitəcəyi və ya daha da uzadılacağını indidən söyləmək çətindir:
“İnsanlar bu karantindən bezib və yorulublar. Əlbəttə ki, vəziyyət imkan versə, karantin rejimi aradan qaldırılacaq. İmkan verməsə, daha da uzadıla bilər. Yoluxma həddi yüksəlsə və davam etsə, başqa əlac yoxdur. Yoluxma ilə bağlı statistika ikirəqəmliyə düşüb. Orada 15-18 rəqəm fərqləri olur. Bu, infeksiyanın gedişində müşahidə olunan adi haldır. Ona görə yoluxma yüksəlir və ya enir demək olmaz. Yoluxmada enməni o vaxt deyə biləcəyik ki, əvvəlki - mayın 27-dək olan statistikanı, birrəqəmlini müşahidə edəcəyik. Gördüyünüz kimi, dünən ölüm hadisəsi olmadı. Ümumi götürəndə stabilləşmə və ya sabitləşmə var. Yəni ümidverici irəliləyişlər görürük. İnsanlarımız karantin davranışlarına və tövsiyələrə bu şəkildə əməl etsələr, durum qalıcı olacaq və gələcək yumşalmalara da gedəcəyik”.

Oxşar xəbərlər

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Avqustun 31-dək qüvvədə olan qadağalar
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
190 manatın verilməsi başa çatdırıldı
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
Son 3 gündə Cəlilabadda koronavirusa yoluxma qeydə alınmayıb
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Bu gündən kafe və restoranlar açıldı
DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
“Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”
Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Bakı metrosu sabah açılır - RƏSMİ + VİDEO
Rayonlara gediş-gəliş açılırmı?
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub