Sahil Babayev haqda ilginc iddialar... - Gedəcəyi deyilir...
5-08-2021, 11:33
166

Sahil Babayev haqda ilginc iddialar... - Gedəcəyi deyilir...

"Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sırınması (başqa ifadə işlənilməsi mümkün deyil) artıq bir neçə ildir. Bəri başdan deyək ki, bu sırınma özünü doğrultmayıb və bir neçə ildir ölkə əhalisinin sosial müdafiəsi həyata keçirilmir, sadəcə saxta müdafiə, imitasiya, dövlət rəhbərliyinə yalan məlumatlar verməklə korrupsiyanın irimiqyaslı müdafiəsi baş verir”.

Dəhşətlisi odur ki, Ünvanlı sosial yardımların (ÜSY) verilməsində tam özbaşınalıq, əlilliyin müəyyən edilməsində elektron dələduzluq hökm sürür. Sadə misal :adına torpaq sahəsi olan işsiz şəxsə ÜSY verilməsindən imtina edilir ki, torpağı var. Torpağı olmayan işsizə isə olmayan iş gəliri, olmayan torpağının "olması” haqqında sənəd tələb edib, ÜSY ayrılmayacağını öncədən bildirirlər. Bu imtina praktikası daha çox kənd yerlərində geniş yayılıb. Əlilliyin müəyyən edilməsindəki elektron dələduzluq sistemi elə "təkmilləşdirilib” ki, hətta təkrar müayinəyə göndərilən əlillərin də 5-10 il sonra "təkrar müalicəyə ehtiyacı” elektron qaydada üzə çıxır.

Bir sözlə ƏƏSMN-nin rəhbərlik sarıdan bəxti heç gətirməyib.

Bu tam başqa bir məsələdir, keçək əsas mətləbə: Əlil və şəhid ailələrinin mənzillərlə təminatına gəldikdə isə, bu sahədə son illərdə tətbiq edilən qaydanı da ƏƏSMN rəhbərliyinin yanlış kadr siyasəti heçə çıxardı. Adı daha çox rüşvət, korrupsiya əməllərində hallanan Vüqar Behbudovun yeni yaradılan Sosial Xidmətlər Agentliyinin (SXA ) idarə heyətinin sədri təyin edilməsi Qarabağ qaziləri və şəhid ailələrinin "cibinə uyğun” olmadı və bu qeyri-mütənasiblik aztəminatlı şəxslərin mənzil növbələrində qocalmalarına , qıcolmalarına gətirib. SXA -nın sədri əməlli – başlı Saxta Xidmətlər Agentliyi (SXA) yaradıb.
Pandemiya ilə zəfər ilinin eyni vaxta düşdüyü 2020-2021ci illərdə qazi və şəhid ailələrinə söz verilən 1500 mənzilin alınması da baş vermədi. Yenə də saxta, fake məlumatlarla sosial mənzil xidməti sırındı. Başlıca olaraq, ikiotaqlı mənzillər alındığını və Bakının mərkəzində ortalıq 50 minə başa gəldiyi hesabı ilə 1500 mənzilin 75 milyon manat apardığını hesablamaq nə SXA-ya, nə DTX -ya, nə antikorrupsiya qurumlarına, nə də Hesablama Palatasına çətin olmaz. Lap olsun, 150 milyon! Nə vəsaitdir ki! Özü də birdəfəlik ! Onu da vurğulayaq ki , bu il pandemiya ilə bağlı 600 min şəxsə aylıq 114 milyon hesabı ilə toplam 600 milyon manat ödənilib .Yəni qazi və şəhid ailələrinin mənzil təminatı üçün ayrılan vəsaitdən 4-8 dəfə çox ! Hanı bunun hesabatı? Hanı 1500 mənzil? Niyə ayrılan vəsaiti ilin sonunda xərcləyirlər? Belə hissə-hissə təminat rüşvət və korrupsiyadan qaynaqlanmır ki? Bu məsələdə dövlət zəmanəti ilə qazi və şəhid ailələrinin hamısına birdəfəlik mənzillər alıb, hər il büdcədən vəsait ayırmaqla borcu ödəmək olmaz?

Nə qədər ki, kadr seçimində dostbazlıq, xidmətdə rüşvət hökm sürəcək, Vüqar Behbudov kimi saxta sosial xidmətçilər qazi və şəhid ailələrinə saxta xidmət göstərməkdə davam edəcək. Belə xidmət ilə isə aztəminatlı şəxslərin mənzil yiyələri olmaları it ilində də gerçəkləşməyəcək”.

Gəzən söz-söhbətə görə, artıq Sahil Babayevin ƏƏSMN-də heç bir nüfuzu qalmamışdır. Fürsətdən istifadə edən Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudovun nazirlik xülyası baş tutmaq üzrədir, artıq işini gizlincə düzüb qoşmağa çalışır ki, nazir vəzifəsinə təyinat alsın.

Düzünü desək gəzən söz-söhbətin inandırıcı olmasına səbəb sosial şəbəkələrdə Vüqar Behbudov işçilərini səfərbər edib ki,hərə öz profilində bəy tərifi edib, Vüqar Behbudovun şəkilini paylaşsın. Şişirtmə rəqəmlər, gözdən pərdə asmaq gəzən şaiələrin tezliklə reallaşacağına zəmin yaradır. Necə deyərlər yarıtmaz nazir Sahil Babayevin torbası artıq tikilib, yeni nazir kürsüsünə Vüqar Behbudov tam hazır vəziyyətdədir.
//xeberal.az//

Oxşar xəbərlər

Sahil Babayev yola salınır onun yerinə Vüqar Behbudov gətirilir?
Vüqar Behbudov SXA-nı “Saxta Xidmətlər Agentliyi”nə çevirib - İTTİHAM
"Bir neçə aydır ünvanlı sosial yardım ala bilmirəm..." - GİLEY
"Verilmiş bu imtina tam qanunsuz və əsassızdır" - Nazirə müraciət
“Deyirlər, get, müalicə ol…” - GİLEY
Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Sahil Babayevin idarəsindən yeni şikayətlər... SERİYASI...
Sahil Babayevdən yeni TƏYİNAT
Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Sahil Babayev 190 manatın verilməsindən DANIŞDI
Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək - Vaxt açıqlandı
Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
SAHİL BABAYEVİN XALQIN BAŞINA AÇDIĞI OYUNLAR ... Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hansı qanunlarla idarə olunur bilinmir?
Minlərlə saxta əlillik aşkar edildyi halda Sahil Babayev niyə öz işçilərini cəzalandırmır?.. - AKTUAL
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
İşsizlərə 190 manatlıq yardımın verilməsində “məşğulluq dələduzluğu” - NARAZILIQ!
Sahil Babayevdən daha bir ŞİKAYƏT - "...heç bir maddi yardım göstərilməyib"
Sahil Babayevin yaratdığı problemlər... - İşi bacarmayanda belə olur...
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq
Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini KİÇİLTDİ
"Sahil Babayev bizim ailəyə zülm edir..." - BU İNSAFDANDIRMI?
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək
Qarabağ əlili haqqını tələb edir... - GİLEY
Kürdəmir sakini narazılıq edir - GİLEY