“Shaurma 1” restoranlarının sahibi Natiq Sadıqov şərikinin 9 milyon manatını ələ keçirib – Artıq ölkəni tərk etdiyi bildirilir
5-08-2021, 12:03
554

“Shaurma 1” restoranlarının sahibi Natiq Sadıqov şərikinin 9 milyon manatını ələ keçirib – Artıq ölkəni tərk etdiyi bildirilir

Bakı şəhər sakini,sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqil Babayev ötən ay bir qrup şəxs tərəfindən ona qarşı törədilən özbaşınalıq əməlləri ilə bağlı dövlət başçısı İlham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlayıb.

Babayev Aqil Zalış oğlu yazır ki, 08.06.2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evində 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlaklarə ələ keçirilmiş, bu hadisə ilə bağlı Azərbaycan Respublikası bütün hüquq-mühafizə orqanlarına və onların rəhbərlərinə, o cümlədən Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevə müraciət etmiş, lakin həmin orqanlar tərəfindən cinayət törətmiş şəxslərin barəsində heç bir tədbir görülməmiş, əksinə onların qanunsuz hərəkətlərinə göz yumulması, araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyinə bir qədər də artırmış, artıq onlar Aqil Babayevi 150 000 manat müqabilində öldürülməsi barədə planlar qurulmuş və bununla bağlı da müvafiq sübutlar hüquq mühafizə orqanlarına təqdim edilmişdir.

Aqil Babayev yazır ki,qorxduğundan əvvəlcə hüquq-mühafizə orqanlarına məlumat verməmiş, sonradan qohumlarının məsləhəti ilə 11 iyun 2021-ci il tarixdə DİN-nin 102 telefon məlumat mərkəzinə zəng edərək məlumat vermiş, eyni zamanda Daxili İşlər Naziri hörmətli cənab Vilayət Eyvazova teleqram vurub. Daxili İşlər Nazirliyi məlumatı qəbul etdikdən sonra məsələnin araşdırılması DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilib. BMCMİ-dən dərhal onunla əlaqə saxlanılıb İdarəyə dəvət olunur, hadisə ilə bağlı ilkin olaraq ərizə alırlar və işi araşdırılması üçün İstintaq İdarəsinə verəcəklərini bildirdilər.

Ən maraqlı məqam ondan ibarətdir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra müəyyən şəxslər Bakı şəhəri, ”Ağ şəhər” adlanan əraziyə yaxın gecəqonduların birində yığışaraq Aqil Babayevin öldürülməsi barədə qərar qəbul etmişlər. Bu məlumatları əldə etdikdən sonra Aqil Babayev Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova teleqram vurmuş, DİN-nin “102” telefon Xidmətinə zənglər edilmişdir. Lakin bu günə kimi də heç bir tədbir görülməmişdir.

Hal-hazırda Aqil Babayevin evindən aparılmış pulların hesabına onun əleyhinə müxtəlif saytlarda əks-təbliğat işləri başlanılmış, məqsədyönlü şəkildə onun nüfuzuna və ləyaqətinə xələl gətirən məlumatlar yayılır. Aidiyyət dövlət orqanlar isə heç bir qanuni tədbir görmür, həmin cinayət törətmiş şəxsləri cinayət məsuliyyətinə cəlb etmir, əksinə həmin cinayətkarlara havadarlıq edən məmurların vasitəsilə bu cinayətin üstünü örtmək üçün onun əleyhinə şər-böhtan xarakterli məlumatlar uydurmaqla məşğuldurlar. Burada bütün məqsəd Aqil Babayevin 9 000 000 (doqquz milyon) manat pulunu, bahalı avtomobillərini, bağ evlərini, qızıllarını və digər əmlaklarımı qaytarılmasının qarşısının alınmasıdır.

Aqil Babayevin özü və yaxınları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına müraciət edərək acizanə şəkildə xahiş edirlər ki,

1. Onun və ailə üzvlərimin təhlükəsizliyinin təmin edilməsi barədə;

2. Aqil Babayevə qarşı quldurluq cinayəti törədilərək 9 000 000 manat pulunun və əmlaklarının ələ keçirilməsi barədə dərhal cinayət işinin başlanmasına və cinayət törətmiş dəstəsinin bütün üzvlərinin dərhal həbs edilərək cinayət məsuliyyətinə cəlb edilmələri barədə,

3. Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyev tərəfindən, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazov tərəfindən və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyev tərəfindən təxirəsalınmadan qəbul edilib dinlənilməsi barədə göstəriş verilsin


Qeyd edək ki,Aqil Babayev ona qarşı quldurluq cinayəti törədərək 9 000 000 manat pulunun və əmlaklarının ələ keçirilməsinin başında duranın keçmiş şəriki, “Şaurma-1” restoranlar şəbəkəsinin sahibi Natıq Sadıqovun olduğunu bildirir. Hüquq-mühafizə orqanları Natıq Sadıqovun bu əməlləri törətməkdə təqsirli bilinməsi ilə bağlı hər hansı bir açıqlaması olmasa da,onun ölkədən qaçdığı iddia olunur.

Aktualinfo.org

Oxşar xəbərlər

Laçının icra başçısına AĞIR İTTİHAM - "Aqil Nəzərli bizə külli miqdarda pul verəcəyini deyir"
Azərbaycanda kişi azyaşlı ögey oğluna işgəncə verdi
“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb - TƏFƏRRÜAT
Əsir götürülən Amin və Bayramla bağlı müraciət
Göyçayın Bığır kənd sakini intihar edib
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
Ərdoğan Azərbaycanın Baş prokuroru ilə görüşdü
Mətanətin oğlu övladına buna görə işgəncə verib - ŞOK SƏBƏB
Rusiyanın Baş prokuroru Kamran Əliyevə zəng vurdu
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Şuşada DTX-nin yeni binasının açılışı oldu - VİDEO
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Bakıda qadının evinə girib quldurluq edən şəxs saxlanıldı
“Azəriqaz”ın əməkdaşı iş başında DÖYÜLDÜ
Bu kafe və restoranlar cərimələndi - SİYAHI
“Qədim Qəbələ” restoranı cərimələndi
Biləsuvar sakini kimlərdən şikayətçidir? - İdarə rəisi ailəni işsiz qoydu
AZAL hüquq - mühafizə orqanlarına müraciət etdi - VİDEO
Özünün xəbəri yoxdur, amma adına "zapravka" var imiş VİDEO
Bir neçə kafe və restoran cərimələndi - TAM SİYAHI
Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi
"Biz-bizə" restoranı cərimələndi - SİYAHI
DTX generalı belə saxlayıb - VİDEO
Bakıda bacısını öldürən sabiq məmur oğlunun İTTİHAMI DƏYİŞDİRİLİB
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
Bakıda ermənilərdən ibarət silahlı dəstəsinin məhkəməsi BAŞLADI
Bu kafe və restoranlar cərimələndi - SİYAHI
“Osmanlı” restoranı cərimələndi - TAM SİYAHI