Sabah 42 dərəcə isti olacaq
5-08-2021, 12:37
52

Sabah 42 dərəcə isti olacaq

Avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. 
Atmosfer təzyiqi  757 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət  60-65 %, gündüz 25-30 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti     
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 
Dəniz suyunun temperaturu:  
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 06-da  Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir. 
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman. 
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°  isti, gündüz 36-41°, 
bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  25-30° isti olacaq.

Oxşar xəbərlər