Məcburi köçkünlər Laçına səfər ediblər - Fotolar
5-08-2021, 15:28
98

Məcburi köçkünlər Laçına səfər ediblər - Fotolar

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər avqustun 3-də doğma Laçın rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfər zamanı həmin məcburi köçkünləri Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 2005-ci il 6 aprel tarixli iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb. Lakin qərarın qəbulundan altı ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə qoyulan öhdəlikləri yerinə yetirmir, zərərçəkmiş kimi tanınan altı nəfər Azərbaycan vətəndaşına vurduğu mənəvi və maddi ziyana görə təzminat ödəmir. Həmçinin qərara əsasən, cavabdeh dövlət azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpası üçün xüsusi mexanizm yaratmalı olsa da, bu məsələ də Ermənistan tərəfindən icra olunmamaqdadır.
Presedent xarakteri daşıyan bu aparıcı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki yeganə sənədidir.







Oxşar xəbərlər

Töhmət alan deputat ÜZR İSTƏDİ
Ceyhun Bayramov Avropa Şurasında ermənilərin son təxribatlarından danışdı
“Ermənistanda olan azərbaycanlı əsirlərin hüquqları pozulur” - Ombudsman
Faiq Ağayev sədr müavini təyin olundu
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Ombudsman beynəlxalq ictimaiyyətə videomüraciət edib - Video
Azərbaycan ikinci dəfə Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət göndərib
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Ombudsman beynəlxalq təşkilatlara şikayət ünvanlayıb
Novruz tətilindən sonra hökumət PARIAMENTDƏ TOPLANACAQ
Kamran Əliyev Rusiyaya getdi
Rəsmi Bakıdan lüksenburqlu nazirə CAVAB
Azərbaycan XİN-dən Belçika Parlamentinin qəbul etdiyi qətnaməyə CAVAB
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ
Prezidentin rəis təyin etdiyi Azad Cəfərli kimdir? - DOSYE
Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını RƏDD ETDİ
Həmsədrlər regiona səfər edəcək
Ombudsman 82 min manata avtomobil aldı
Ermənistan hökuməti azərbaycanlılar haqda: “Qaçqınlar doğma torpaqlarına qayıdacaqlar”
Ombudsman Tofiq Yaqubluya baş çəkib
Məcburi köçkünlərin güzəştləri qalacaq - Rəsmi
Əlilliyin müəyyən edilməsi zamanı bu amillər nəzərə alınacaq
İnsan alveri cinayətləri törədənlərin əksəriyyəti qadındır
Parlamentdə özəl xəstəxanaların fəaliyyəti tənqid olundu - Nəzarət gücləndirilməlidir
İlham Əliyev onları qəbul etdi
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Azərbaycandakı erməni əsirlərə xəbərdarlıqsız baş çəkildi