Nazirlikdən toylarda vaksinləşmə göstəricisi ilə bağlı AÇIQLAMA
5-08-2021, 16:38
62

Nazirlikdən toylarda vaksinləşmə göstəricisi ilə bağlı AÇIQLAMA

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Belə tədbirlərin başlanmasına icazə verildiyi tarixdən bu günədək Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən 1300-dən çox obyektdə monitorinq aparılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunması, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artması müsbət hal kimi qiymətləndirilə bilər.
Maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi iki dəfəyədək yüksəlib.
Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Bunlar, əsasən, məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollar arasında məsafə məhdudiyyətinin pozulmasıdır.
İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 217 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 22,3 minə yaxın şəxsin sənədlərində nöqsanlar aşkar edilib.
Novbəti monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub. Nümunəvi toy mərasimlərinin təşkil olunduğu məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Toylarda hansı qayda pozuntularına yol verilir? - RƏSMİ
Toy keçirilən 400-ə yaxın obyektdə monitorinq aparıldı: Pozuntular aşkar edildi
Vergi Xidmətindən toylarla bağlı AÇIQLAMA
Şadlıq saraylarında pandemiya tələbləri pozulub - Nazirlik
Dövlət xidmətindən toylarla bağlı AÇIQLAMA
Şadlıq sarayları pandemiya ilə bağlı qaydaları pozur
Bu tarixdən toy və nişanlara icazə verildi - RƏSMİ
Bu şadlıq saraylarında karantin qaydaları POZULDU - FOTO
Toylarla bağlı qadağa yenidən tətbiq olunacaq? – Baş nazirdən anons
Bir gündə toylarda qaydaları pozan 83 nəfər cərimələndi
Sabahdan Azərbaycanda toylar başlayır - Qaydaları pozanlar...
Peyvənd vurdurmayan müğənni toy apara bilməz - DİN
Dünən 2476 nəfər toya buraxılmayıb - 120 nəfər CƏRİMƏLƏNİB
16 obyekt karantin qaydalarını pozduğuna görə CƏRİMƏLƏNDİ
icaze.e-gov.az portalında 956 toy-nişan qeydiyyatdan keçirilib - Rəsmi
300 nəfərlik toy etmək istəyən şadlıq sarayı BAĞLANDI
Şəmkirdə 350 nəfərlik toy keçirmək istəyən şəxs cərimələndi
Bakıda 12 şadlıq sarayı barəsində cinayət işi başlanıldı (VİDEO)
Toy etmək istəyənlərin nəzərinə - Bu gündən...
"Sərin" şadlıq sarayında karantin qaydaları pozuldu
AQTA 155 obyektdə pozuntular aşkarladı
Nazirlik Bakı, Sumqayıt və Abşeronda monitorinq keçirdi
Daha 11 şadlıq evində karantin qaydaları pozuldu
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
"Gilan"a məxsus obyektdə qanunsuzluqıar AŞKARLANDI
Toylarda sıxlığa necə nəzarət olunacaq?
“Dan ulduzu” restoranında 220 nəfərlik toy keçirildi
Azərbaycanda daha bir nəfər toya görə HƏBS EDİLDİ
DİN-dən toylarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Azərbaycanda toylar başlayır - Necə keçiriləcək?