Ceyhun Səfərov yeni vəzifəyə təyin edildi
5-08-2021, 18:14
83

Ceyhun Səfərov yeni vəzifəyə təyin edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib.
Bu barədə "Report"a o, özü məlumat verib.
C.Səfərovun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.
Xatırladaq ki, C.Səfərib "Azəriqaz"dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.
"Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.
İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.

Oxşar xəbərlər

Yol layihəsi dayanıb, işçilər məzuniyyətə göndərilib?
Güclü külək 600 abonenti qazsız qoydu
Ceyhun Əli vəzifəsindən azad olundu
Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ
Keçmiş nazirin oğlu İsveçrədə şirkət açıb
“Azərxalça” ASC-də yeni təyinat - FOTO
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Dövlət qurumu ilə əməkdaşlıq edən şirkət ləğv edildi
“Azəriqaz”dan Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsinə açıqlama gəldi...
DİN-də yüksək vəzifəyə TƏYİNAT
"BakuBus"a yeni direktor təyin edildi
İcra başçısı 1-ci müavin və müavin təyin etdi
Akif Təvəkküloğlu koronavirusa yoluxdu
Məhkəmə “Azəriqaz”ın rəhbəri ilə bağlı QƏRAR VERDİ
“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək
Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti fəaliyyətini dayandırır
Ziya Məmmədovun qardaşının məşhur şirkəti bu şirkətlə birləşdi - FOTO
"Azəriqaz"dan sayğaclarla bağlı açıqlama - VİDEO
Anar Hüseynova yeni vəzifə verildi - Nazirlikdə kadr dəyişikliyi
29 ildən sonra Xankəndidə ilk azərbaycanlı vəzifəyə təyin edildi (FOTO)
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Ruslan Əliyev deyir ki, gücləndirilmiş rejimdəyik, amma... - Bakının mərkəzində qaz şam kimi yanır...
"Azərbaycan siyasi müstəvidə də uğur qazanıb" - Ceyhun Bayramov
Həbs edilən Rasim Quliyevlə bağlı maraqlı məlumatlar...
Azərbaycanda yüksək vəzifəyə təyinat
Nazir Bayram Səfərovun işdən çıxardığı oğluna YENİ VƏZİFƏ VERDİ
Şirkət direktoru vəzifəsindən azad edildi
İstiliklə təchizatdakı yubanmalara aydınlıq gətirilib - Video
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Yeni prorektor qayınatasını əvəzləyib?