Türkiyədən Ermənistana daha bir sərt mesaj
17-08-2020, 15:09
208

Türkiyədən Ermənistana daha bir sərt mesaj

Rəsmi Ankara Ermənistana qarşı daha bir sərt mesaj verib. Virtualaz.org xəbər verir ki, bu dəfə Türkiyə dövlətini qəzəbləndirən Ermənistan Xarici İşlər Nazirliyinin Şərqi Ağ dənizdə Yunanıstanla Türkiyə arasında neft-qaz kəşfiyyatı ilə bağlı yaranan gərginliyə burunu soxmasıdır. Hansı ki, rəsmi Yerevan bu regionda Türkiyənin hərəkətlərini qınayan bəyanatla çıxış edib.
Ermənistan XİN-in bəyanatına Türkiyə XİN dərhal sərt cavab verib. XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bəyan edib: “Birləşmiş Ərəb Əmirlikləri və Fransanın ardınca hər hansı dənizə çıxışı olmayan Ermənistanın da özünü bölgədə söz haqqı sahibi hesab etməsi Türkiyəyə qarşı qurulan məkrli ittifaqın miqyaslarını göz önünə sərir. Şərqi Ağ dəniz haqqında mövqe bildirməyə cəsarət göstərən Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yerinə dair kökündən yanıldığını nümayiş etdirir. Burada müzakirə mövzusu Sevan gölü yox, Şərqi Ağ dənizdir”.

Hami Aksoy əlavə edib ki, bundan əvvəl Ermənistan prezidenti Armen Sərkisyan Sevr anlaşmasının qüvvəsini itirmədiyi haqda təxribatçı bəyanatla çıxış edib. Bunun ardınca rəsmi Yerevanın Şərqi Ağ dənizlə əlaqəli mövqe bildirməsi həddini bilməməyin və məsuliyyətsizliyin daha bir nümunəsidir.
“Hər nə olursa olsun, Türkiyə Şərqi Ağ dənizdə özünün və Kipr türklərinin beynəlxalq hüquqdan qaynaqlanan hüquqlarını qətiyyətlə qorumaqda davam edəcək. Bunu əngəlləməyə heç bir şər ittifaqının gücü yetməz. Əksini düşünənlər deməli tarixdən dərs almayıblar. Bu münasibətlə bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduğumuzu da bir daha xatırlatmaq istərdik ”,-Türkiyə XİN-in rəsmi nümayəndəsi deyib.

Oxşar xəbərlər

Türkiyə XİN-in sözçüsü: “Ermənistan bu dəfə də həddini aşır”
Üç ölkə Türkiyəyə qarşı birləşdi
Ərəb koalisiyası Qırmızı dənizdə minalanmış qayıq ələ keçirib
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Qara dənizdə tapılan təbii qaz nələri dəyişdirəcək?..
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Ərdoğan sərt və güclü bir liderdir
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Ərdoğan ABŞ-a gedir: Çantada nələr var? - Ən kritik görüş...
Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi
Ermənistandan Gürcüstana “dost” xəyanəti - Hər zaman belə olub...
“Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir” - GƏLİŞMƏ
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
ABŞ-dan Türkiyəyə müsbət mesaj: Ən önəmli məqam..
Türk ordusu ilə üz-üzə gəlsək… - Əsədin müşaviri
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Əliyev Paşinyanı darmadağın etdi: Nikol yalana əl atdı
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”