Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
17-08-2020, 15:14
61

Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir.
Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olaraq hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüblər.
Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.
Tədbirlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb.
Hərbi qulluqçularla söhbətlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və onları maraqlandıran bir sıra suallar cavablandırılıb.
Birgə fəaliyyət planına uyğun olaraq Respublika Hərbi Prokurorluğu və Qarnizon Hərbi Prokurorluğu nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə keçirilən hüquqi maarifləndirmə tədbirləri davam edir.

Oxşar xəbərlər

Baş Prokuror və Hərbi Prokuror cəbhə xəttində - FOTO
Prezidentin köməkçisi ön cəbhəyə getdi - FOTO
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub
Tanklarımız da hərəkətə keçdi - Müdafiə Nazirliyi video yaydı
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Nazir cəbhəboyu zonada: tapşırıqlar verdi
Türkiyə Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq!
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
Hulusi Akar Liviyaya səfər edib
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
Kamran Əliyev əmr imzaladı
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Azərbaycanda ordudan tərxis başladı
Zakir Həsənov Çinə gedəcək
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Kərəm Mustafayev general-polkovnik oldu — SƏRƏNCAM
Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda panika yarandı
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb
"Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib" - MN
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
 Zakir Həsənov NATO admiralı ilə görüşdü