Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.
Ümumilikdə 300 hektar ərazidə baş vermis yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.