Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
17-08-2020, 15:24
60

Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Masallı rayon prokurorluğundan verilən məlumata görə, Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin xüsusi karantin rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaq zamanı, İsrail Tağıyevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə və bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İsrail Tağıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
14 avqust 2020-ci il tarixdə cinayət işinin ibtidai istintaqı tamamlanaraq aiddiyyəti üzrə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Bələdiyyə sədrinə cinayət işi açıldı
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Daha bir sabiq məmura cinayət işi açıldı
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Xınayaxdı məclisi təşkil edənlər cərimələndi
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Lənkəran və Masallıdan Qubaya “Aşura” mərasimi keçirməyə gəlmiş dindarlar həbs edildilər - Foto