30 ilidr ki, məcburi köçkün problemi təhsilimizdə də ciddi problemlərə səbəb olub. Təsəvvür edirsiniz yersiz-yurdsuz qalan yüzlərlə məktəb, minlərlə müəllim, on minlərlə şagird ordusu, tələbə adını qazanan minlərlə məcburi köçkün övladı yeni müstəqilliyini qazanan dövlətin çiyinlərində ağır yükdür. Təsəvvür edirsiniz Avropanın qosqoca, yüz milyardlarla büdcəsi olan dövlətləri on min civarında qaçqını yerləşdirmək üçün beynəlxalq təşkialtlardan yardım umurlar, bunu ciddi problem hesab edirlər. Bəs yeni yaranmış Azərbaycan dövləti sayı milyondan çox olan qaçqın və məcburi köçkün ordusunun qarşısında necə dayanır ? Dövlətimiz mümkün olduğu qədər məcburi köçkünlərin maddi, mənzil, təhsil və digər problemlərini həll etməyə çalışır. Bu məsələdə təhsil çox önəmli rol oynayır. Demək olar ki, məcburi köçkün rayonlarından olan bütün müəllimlər işlə təmin olunub, vaxtında əmək haqlarını alırlar. Eyni zamanda imkan daxilində məcburi köçkün məktəbləri bina ilə təmin olunub, şərait yaradılıb, məktəblər hər cürə ləvazimatla təchiz edilib. Yəni dövlətimiz üzərinə düşən bütün imkanları həyata keçirib. Bəs onda niyə məcburi köçkün məktəblərində vəziyyət arzu edilən deyil ? Məlumdur ki, son illər şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün ciddi monitorinqlər keçirilir. Eyni zamanda şagirdlərin bilik səviyyəsi sınaq və qəbul imtahanlarında ortaya çıxır. Təəssüf ki, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin bilik səviyyəsi digər məktəblərlə müqayisədə çox aşağıdır. Kimlərsə deyə bilər ki, filan məcburi köçkün 600-dən çox bal toplayıb. Söhbət 1-2 fərddən deyil, təhsilin ümumi səviyyəsindən gedir. Əlimizdə olan rəsmi statistika onu göstərir ki, məcburi köçkün məktəblərində tədrisin səviyyəsi nəinki ürəkaçan deyil, hətta dözülməzdir. Görəsən, bu məsləyə cavabdeh olan məcburi köçkün məktəblərinin direktorları, Regional Təhsil şöbələri bu barədə nə düşünür ? Axı, dövlət sizlərə çətin dövrdə yüksək əmək haqqı verir, məktəbləri təchiz edir ki, sağlam, təhsilli gənclər yetişdirəsiniz. Bəs məcburi köçkün məktəbləri nə ilə məşğul olur? Yeri gəlmişkən, təhsil sistemində aparılan monitorinqlər məcburi köçkün məktəblərində çalışan müəllimlərin bilik səviyyəsinin ölkə üzrə orta səviyyədən aşağı olduğunu göstərir. Yəni bu sahədə ciddi problemlər var. Görəsən dövlətin məcburi köçkün məktəblərinə ayırdığı külli miqdarda vəsait hara xərclənir ? Heç kimə sirr deyil ki, bir çox məcburi köçkün məktəbləri neçə illərdir repetitor yanına gedən şagirdlər üçün “sığınacaq” yeridir. Yəni valideyn məktəb direktoruna hər ay pul verir ki, uşaq dərsə gəlməsin, repetitor yanına getsin və uşağın adı məktəbdə şagird kimi getsin. Bir sözlə əməlli-başlı maxinasiya, cinayət və daha nələr... Yeri gəlmişkən, təhsil sistemindəki rüsvayçı vəziyyətlə bağlı ciddi düşünməyin vaxtı çoxdan çatıb. Müəllimin öz şagirdinə təcavüz etməsi, məktəb direktorunun müəllimlərin adına külli miqdarda kredit götürməsi, müəllimin qızıl alveri ilə məşğul olması, şagirdin özünü məktəbdə intihar etməsi, məktəb tualetində kamera və digər rüsvayçı hallar barədə yeni təhsil nazirinin düşünməsinə ciddi ehtiyac var. Biz gundelik-baku.com saytı olaraq bu məsələni gündəmdə saxlayacağıq. Bizi izləyin.
Məcburi köçkün məktəblərində ciddi problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
17
avqust
15:41

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qaçqınkom AİLƏ-ləri dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
Komitənin qarşısından ucalan qarğışlar
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
“Qaçqınkom”un sədri Rövşən Rzayev xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Prezident və xanımını toya dəvət etdilər
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
"Qaçqınkom"da etiraz- Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi-VİDEO
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb
İspaniyada maska taxmayanlar cərimələnəcək
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalını tanıdı - FOTO
“Buldozer Zülfəli” Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı ola bilər
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
“Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”
Bu şəxslərin maskadan istifadəsi məcburi olacaq
Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötür
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
- Qəbələ sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
- Qaribaşvili: “Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələrindən istehsal olunur”
- Mbappenin transferini rədd etdi
- Hollivud filmlərində kütləvi səhnələrə çəkilənlər nə qədər qonorar alır? – Fantastik qiymətlər
- Danimarka Afrikada bərpa olunan enerji layihəsinə 18,7 milyon ABŞ dolları ayıracaq
- Gökhan Özen Bakı Bulvarında mahnı oxudu - VİDEO
- İsrail 2 SEPAH üzvünü Suriyada öldürüb
- Çox yatmaq orqanizmdə hansı fəsadlar yaradır?
- KİV: Mossad üzvləri girov mübadiləsi və atəşkəslə bağlı Dohaya gedib
- Keçmiş klub prezidenti bıçaqlandı
- Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurdu
- "Müharibələr problemləri həll etmir" - Roma Papası
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Bu qidalar psixi pozğunluğa səbəb olur
- Lökbatanda ticarət mərkəzindən oğurluq
- Xərçəngə qarşı vaksin 2030-cu ilə qədər tətbiq olunacaq
- Ronaldo məhkəməyə verildi - 1 milyard dollarlıq ittiham
- Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
- Uzunömürlülüyün sirləri açıqlandı
- Türkiyədə 2023-cü ilin ən çox dinlənilən müğənniləri - FOTO
- Tərtərdə xeyli sursat aşkarlandı
- Gündə 6 saatdan çox oturaq həyat tərzi keçirən qadınlarda bu şiş yarana bilər
- Şokoladdan imtina orqanizmə necə təsir edir?
- Bred Pittin oğlu onu tənqid etdi - FOTO
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi