Bu qurumun adı dəyişdirildi
17-08-2020, 15:42
163

Bu qurumun adı dəyişdirildi

Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Fərmanla müəyyən edilib ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
Fərmana əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçib.
Nazirlər Kabinetinə Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görmək, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmana görə, Kənd Təsərrüfatı Nazirliyi Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etməli, Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etməli və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
 
Eyni zamanda, mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini, lizinq ödənişləri üzrə borcların yığılmasını və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Oxşar xəbərlər

Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
İlham Əliyev Şamaxıya pul ayırdı
Əsgərovalara məxsus sığorta şirkəti növbədənkənar yığıncaq elan etdi
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Prezident 700 min ayırdı
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
İnam Kərimov Fermerlər Şurasını topladı
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Bu ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq - FƏRMAN
Prezident bu dövlət qurumuna pul ayırdı
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Nazirlik 1 milyon manatlıq dərman alır
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Alimlər daha 800 milyon insanın qidalandırılmasının yolunu tapıblar
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Daha bir vəzifəli şəxs yaş həddinə görə işdən çıxarıldı - FOTO
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Bakıda və digər şəhərlərdə 15 günlük sərt karantin rejimi başlayıb - Qadağalar