Umayra Tağıyeva: "Hava ölkəmizdə yay fəsli üçün nisbətən sərin keçir"
17-08-2020, 16:44
156

Umayra Tağıyeva: "Hava ölkəmizdə yay fəsli üçün nisbətən sərin keçir"

“Avqust ayının ortalarında hava şəraiti ölkəmizdə yay fəsli üçün nisbətən sərin keçir. Ötən illərlə müqayisədə yağışlı günlərin sayı da çoxdur”.
APA-nın xəbərinə görə, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, adətən avqust ayında Naxçıvan MR-da, ölkənin aran bölgəsində və Abşeronda çox isti və quraq hava müşahidə olunur: “Lakin bu il fərqli mənzərə yaranıb. Artıq bir çox rayonlarda və Abşeron yarımadasında cəmi 17 gün ərzində yağıntının miqdarı adətən ay ərzində düşən yağıntının miqdarından çoxdur. Məsələn, Abşeron yarımasında düşən yağıntının miqdarı aylıq normanın 147 faizi olub. Bu müddət ərzində ən çox yağıntı isə İsmayıllıya (aylıq normanın 191 faizi), Sabirabada (aylıq normanın 182 faizi), Şəkiyə (aylıq normanın 109 faizi) və Mingəçevirə (aylıq normanın 101 faizi) düşüb.
Yağan intensiv leysan yağışlar nəticəsində 4 dəfə daşqın, sel hadisəsi olub. Müqayisə üçün bildirim ki, 2019-cu ilin avqust ayında sel daşqın hadisəsi qeydə alınmayıb”.
O qeyd edib ki, çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla dörd gün təşkil edir: “Yağışlı günlərin sayında da artım var. Belə ki, yağışlı günlərin sayına görə Balakən-Şəki zonası fərqlənir. Bu bölgədə yağışlı günlərin sayı on gün, Mərkəzi-Aran və Qazax-Gəncə zonasında isə yeddi gün təşkil edib”.
U. Tağıyeva vurğulayıb ki, avqustun 17-də Bakıda və Abşeron yarımadasında bir neçə saat ərzində düşən yağıntının miqdarı 7-10 mm olub ki, bu da aylıq normanın 115-127 faizidir: “1992-ci ildən 2020-ci ilədək olan çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeronda buna oxşar proseslər cəmi iki dəfə, 2009-cu il avqustun 11-də və 2011-ci il avqustun 24-də qeydə alınıb. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrin təzahürüdür”.

Oxşar xəbərlər

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti
Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatdı - Faktiki hava
Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb - ETSN
Faktiki hava şəraiti açıqlandı
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Bakıda havanın temperaturu iqlim normasından 6-7 dərəcə aşağı olub
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı
Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Çaylarımızda suyun səviyyəsi necədir?
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
Sabahın hava proqnozu
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Sabah hava necə olacaq?
Sabah yağış yağacaq
Sabah hava necə olacaq?
Bakıda yağış gözlənilir - HAVA PROQNOZU
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
Azərbaycanda pensiyaçıların 57 faizi...
Gecə yağış yağacaq, külək əsəcək - HAVA PROQNOZU
Sabah hava necə olacaq?
Sabaha gözlənilən hava şəraiti
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Böyük Britaniyada koronavirusdan ölənlərin sayında azalma müşahidə olundu