Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
17-08-2020, 16:59
456

Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama

Kəlbəcər rayonundan olan sabiq millət vəkili Əlövsət Ağalarov saxlanılaraq 12 saat dindirilib. Hadisə avqustun 15-də baş verib, onun indi harada olması barədə məlumat yoxdur. Əlövsət Ağalarov həbs olunan keçmiş səfir, baş prokuror Eldar Həsənovun uşaqlıq dostu, sinif yoldaşıdır”.
Bu barədə Azadlıq qəzetinin facebook səhifəsində məlumat yayılıb.
Məlumatda deyilir ki, sabiq səfirin qardaşı Şahin Həsənov və Hacı adlı sürücüsü də dindirilib.
“Yaxın günlərdə əslən Kəlbəcər və ətraf rayondan olan bir neçə hökumətyönümlü qələm adamının da həbsinə şahid olacağıq. Hətta onların arasında evi ola-ola dövlətdən havayı ev alanların da olduğu deyilir”, deyə AXCP-nin hazırda mühacirətdə olan mətbuat xidmətinin rəhbəri Natiq Adilov yazıb.
Öz növbəsində, Dövlət Təhkükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Turan agenliyinə bildiriblər ki, İctimaiyyəltə Əlaqələr Şöbəsində bununla bağlı məlumat yoxdur.
Eldar Həsənov bu gün prezident İlham Əliyevin sərəncamı ilə səfir vəzifəsindən geri çağırılıb.
O, avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
DTX-nin məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Avqustun 14-də Bakının Səbail rayon Məhkləməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçib.
Vəkil Adil İsmayılov bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.
“Eldar Həsənov ona qarşı irəli sürülən ittihamla razı olmadığını məhkəmənin diqqətinə çatdırdı. Dedi ki, hər hansı cinayət etməyib və hesab edir ki, ədalət bərqərar olunacaq”, deyə vəkil qeyd edib.
İsmayılov məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Həsənov 2013-cü ildən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O, bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfiri olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Oxşar xəbərlər

Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
“O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar” – Fəzail Ağamalı
Əli Həsənov daha bir media rıçaqını itirir
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdı
Eldar Həsənovun necə saxlandığı açıqlandı
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
Eldar Həsənov apellyasiya şikayəti verib
Eldar Həsənovun həbsi: “Səbəb daha dərindir”
Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
"Eldar Həsənov həbs edilən sonuncu səfir olmayacaq"
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Əli Həsənov mediadan birdəfəlik gedir
Rusiya Azərbaycanda çevriliş etmək istəyib: Ramiz Mehdiyev və Eldar Həsənov... - Açıqlama
Eldar Həsənov səfir vəzifəsindən
Abşeron sakini Bakıda dostu ilə görüşdükdən sonra yoxa çıxdı
Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi
Eldar Həsənovun həbsinin səbəbi – sərvət, təsir və ambisiyalardır
Əli Həsənov hökuməti belə aldadırmış
Diplomatik sahədə “təmizləmə” davam edir - Həsənov qardaşlarını nə gözləyir?
Əli Həsənov və əlaltıları həbs edilə bilər
Səfirlərin “yarpaq tökümü” - Elmira Axundova da geri çağırılacaq
Baş prokurordan yeni TƏYİNATLAR