Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
17-08-2020, 21:53
188

Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub

”Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub”.
Bunu Səhiyyə Nazirliyinin nəzdində yaradılmış İşçi qrupunun üzvü İnara Makayeva deyib.
O bildirib ki, bu ilin iyun ayının sonunda yaradılan işçi qrupun əsas vəzifəsi Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin işini əlaqələndirməkdən ibarətdir: "İşçi qrupda simptomatik və yüngül simptomlu xəstələrin pulsuz dərmanlarla təmin edilməsi haqqında qərar qəbul olunub. Belə xəstələrə müalicə üçün lazım olan dərman vasitələri - C vitamini, D vitamini, Sink, Selenium, Maqnezium və Parasetamol - paylanılıb. Beynəlxalq tövsiyələrə əsasən, yuxarıda sadalanmış preparatlar insanın immunitet sistemini stimullaşdırır və bütün mənbələrini viruslarla mübarizə üçün səfərbər edir”.
İ. Makayeva işçi qrupun COVID-19 xəstələrinin ambulator şəraitdə müalicəsi üçün xüsusi təlimat hazırladığını da söyləyib: “İş prosesi belə təşkil olunub: hər gün poliklinikalarda test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər”.
Onun sözlərinə görə, yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb müəssisələrinə baş çəkməyən pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb: “Bununla digərlərinin yoluxma təhlükəsi azalıb. COVID-19 diaqnozlu pasiyentlərinin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır. Həmçinin, koronaviruslu xəstələrin reanimasiya və süni ağciyər ventilyasiya cihazlarına qoşulma ehtiyacı azalıb. Ancaq bu, hələ təhlükənin tam bitdiyini bildirmir. Hazırda hamımız - həm həkimlər, həm də xəstələr mümkün qədər diqqətli və nizamlı olmalıyıq ki, gələcəkdə müsbət dinamika bizi sevindirməyə davam etsin”.

Oxşar xəbərlər

Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Şirvanda yoluxmaların sayının artması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Şirvanda xəstəxanalar bağlandı - Yoluxma mənbəyi imiş...
“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
Dmitri Peskov koronavirusa necə yoluxmasından danışıb
Sahibkarlara XƏBƏRDARLIQ: işçilərin ixtisarı və əmək haqlarının...
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Deputatları cəzalandıran komissiya toplanır
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Dializ xəstələrindən baş həkimə qarşı SƏRT İTTİHAM: - “Bu, bizim üçün ölümə bərabərdir”
ABŞ-da ictimai nəqliyyat pulsuz olacaq
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
ABŞ-da koronavirus üçün bu dərmanın istifadəsi təsdiq olundu
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
Azərbaycanda koronavirusa görə atılacaq addımlar - Açıqlandı
TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqladı
TƏBİB: Azərbaycanda gələn həftədən testlərin keçirilməsinə başlanılacaq
İyun ayında ölüm halları kəskin artıb - Ötən illə müqayisədə 2163 nəfər...
Türkiyənin sabiq baş naziri koronavirusa yoluxdu
Teleport texnologiyaları Azərbaycanda Covid-19 ilə mübarizəyə dəstək olacaq
Azərbaycana qrip əleyhinə vaksin gətirilir
Britaniyada ağır COVID-19 xəstələri üçün dərman tapıldı
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Koronavirusa yoluxanlara 3000 dollar veriləcək
Azərbaycan BMT-nin COVID-19-la mübarizə qətnaməsinin tərəfdarlarından biri oldu